UKB
Unibank Kommersiya Bankı
Loyallıq şöbəsinin Mütəxəssisi/CVM və Loyallıq şöbəsi
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Maliyyə
Vəzifə haqqında
Təsvir
- Bankın loyallıq proqramlarının idarə olunması (cashback, millər və s. proqramları);
- Müxtəlif müştəri seqmentləri üçün yeni loyallıq mexanikalarının hazırlanması və tətbiqi;
- Loyallıq proqramlarının effektivliyinin təhlili və onların təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;
- Əsas göstəricilərin monitorinqi: müştəri aktivliyi, retention, churn, proqramın dəyəri və ROI;
- Yeni loyallıq mexanikalarının tətbiqi üçün biznes tələblərinin (BRD) hazırlanması;
- Product, Marketing, Data, IT komandaları ilə əməkdaşlıq;
- Cashback faizlərinin və bonusların hesablanma qaydalarının optimallaşdırılmasında iştirak;
- Müştəri davranışlarının təhlili və onların daha aktiv istifadəsini təşviq edəcək yeni imkanların müəyyənləşdirilməsi;
- Rəhbərlik üçün müntəzəm hesabatların və təqdimatların hazırlanması.
Tələblər
- İqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi və ya analitika sahəsində ali təhsil;
- Bank, fintech, telekommunikasiya və ya pərakəndə satış sahəsində 1–3 il iş təcrübəsi;
- Excel proqramını yüksək səviyyədə bilmək (Pivot Tables, mürəkkəb formullar);
- CRM, CVM və müştəri seqmentasiyası prinsiplərini anlamaq;
- Loyallıq proqramlarının əsas göstəriciləri üzrə biliklər: Retention rate, churn rate, active customers, redemption rate, loyalty program cost;
- Müştəri davranışlarının təhlili və hipotezlərin formalaşdırılması bacarığı;
- Böyük həcmli məlumatlarla işləmək bacarığı;
- Rus və ya İngilis dilini sərbəst səviyyədə bilmək.