Maliyyə analitikası və hesabatlıq üzrə mütəxəssis
Vəzifə haqqında
Əsas vəzifə öhdəlikləri:
Şirkətin maliyyə göstəriciləri üzrə gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması;
Maliyyə məlumatlarının toplanması, emalı və təhlilinin həyata keçirilməsi;
Büdcə, faktiki nəticələr və plan göstəriciləri üzrə müqayisəli analizlərin aparılması;
Rəhbərlik üçün analitik hesabatların, təqdimatların və dashboardların hazırlanması;
Maliyyə nəticələrinin təhlili əsasında təklif və tövsiyələrin hazırlanması;
Müxtəlif mənbələrdən daxil olan məlumatların düzgünlüyünün yoxlanılması və konsolidasiyası;
Power BI platformasında interaktiv hesabatların və vizuallaşdırma alətlərinin yaradılması və inkişaf etdirilməsi;
Mövcud hesabat sistemlərinin təkmilləşdirilməsi və avtomatlaşdırılması istiqamətində təkliflərin verilməsi;
Satış, əməliyyat və digər biznes göstəricilərinin maliyyə təhlilinin aparılması;
KPI göstəricilərinin hazırlanması, izlənilməsi və nəticələrinin təhlili;
Hesabatların vaxtında və dəqiq təqdim edilməsinin təmin edilməsi;
Maliyyə şöbəsinin fəaliyyətinə dair digər analitik və hesabatlıq tapşırıqlarının yerinə yetirilməsi.
Tələblər:
Maliyyə, İqtisadiyyat, Mühasibatlıq və ya əlaqəli sahə üzrə ali təhsil;
Maliyyə analitikası və ya hesabatlıq sahəsində iş təcrübəsi;
Power BI proqramında dashboard və hesabatların hazırlanması üzrə praktiki bilik;
Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
Analitik düşünmə, məlumatların təhlili və problem həll etmə bacarığı;
Maliyyə göstəricilərinin şərh edilməsi və təqdim edilməsi bacarığı;
Məsuliyyətlilik, diqqətlilik və nəticəyönümlülük.
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin ediləcəkdir.
İş qrafiki: I-V günlər (09:00-18:00); İstirahət günləri: şənbə və bazar.
İş yeri: H.Əliyev pr.152, Çinar Plaza.
Uyğun namizədlər CV fomalarını [email protected] poçt ünvanına mövzu hissədə “Maliyyə analitikası və hesabatlıq üzrə mütəxəssis” adını qeyd edərək göndərə bilərlər.
My Group Holdingin tərkibində fəaliyyat göstərən şirkətlər: MyShops Azərbaycanda mobil və elektron avadanlıqların satışı üzrə liderlərdən biridir. Şirkətimizin təklif etdiyi məhsulların keyfiyyəti…