Maliyyə hesabatlığı və təhlil şöbəsinin aparıcı/baş mütəxəssisi
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- İnformasiya texnologiyaları
Vəzifə haqqında
Görəcəyiniz işlər:
∙ Əsas maliyyə hesabatlarının hazırlanması (balans, mənfəət-zərər və s);
∙ Rəhbərliyin tələblərinə əsasən (gündəlik/aylıq/rüblük/illik) hesabatların hazırlanması;
∙ Hesabat və analitik məqsədlər üçün Rəhbərlik tərəfindən tələb olunan məlumatların təqdim olunması;
∙ Tələb olunan hesabat formasına uyğun düzgün datanın əldə olunması, datanın yoxlanılması və təhlil olunması, tələb olunan hesabat formasına uyğunlaşdırılması (iri həcmli data ilə işləmə bacarığı);
∙ Təqdim olunan hesabatlar üzrə göstəricilərin düzgünlüyünün yoxlanılması, fərqlərin araşdırılması və müvafiq düzəlişlərin edilməsi;
∙ Məlumatların keyfiyyəti ilə bağlı bir problem aşkar etdikdə, lazımi tədbirlərin görülməsi.
Bizim üçün uyğun namizəd:
∙ Ali təhsil (Maliyyə istiqaməti üzrə);
∙ ACCA, CFA, CFI və s. maliyyə sertifikatların olması arzuolunandır;
∙ Data Analitika, Bank, Hesabatlıq və ya Maliyyə sahəsində ən az 3 il iş təcrübəsinə sahib;
∙ SQL, MS Office proqramlarında işləmə təcrübəsi;
∙ İnduktiv və analitik təhlil bacarığına sahib;
∙ Yaradıcılıq və innovasiya bacarığına sahib;
∙ Problemləri həll etmə bacarığına malik;
∙ Layihələrin idarə olunması bacarığına sahib olan şəxsdir.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Daha çox Xidmət vakansiyaları üçün www.isbu.az saytına keçid edin.