GMS Gədəbəy Mineral Suları MMCGədəbəy Mineral Suları MMC

Maliyyə meneceri

Bakı 1 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat 5 ildən çox Maliyyə
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vakansiyanın təsviri

  • Illik büdcənin hazırlanması, icrasına nəzarət və büdcə kənarlaşmalarının təhlil edilməsi;
  • Aylıq idarəetmə hesabatlarının (P&L, Cash Flow, Balance Sheet) hazırlanması, təhlili və rəhbərliyə təqdim edilməsi;
  • Vergi, audit və digər tərəflərlə maliyyə məlumatlarının hazırlanmasında koordinasya;
  • Yeni investisiya layihələrinin və biznes təşəbbüslərinin maliyyə səmərəliliyinin qiymətləndirilməsi;
  • Rəhbərlik üçün maliyyə hesabatlarının, analitik təhlillərin və təqdimatların hazırlanması;
  • Pul vəsaitlərinin hərəkətinin planlaşdırılması və effektiv idarə olunmasına nəzarət;
  • Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunu təşkil etmək
  • Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək,
  • Cəmiyyətin bank hesabları üzrə aparılan maliyyə və hesablama əməliyyatların operativ uçotunun aparılmasını təmin etmək;
  • Cəmiyyətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək;
  • Xəzinə, təsərrüfat və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunu aparmaq;

Xüsusi tələblər

  • Maliyyə, İqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;;
  • Müvafiq sahə üzrə 5 ildən çox iş staji
  • Azərbaycan dili səlis, ingilis dili arzuolunandır;
  • Microsoft Office proqramları yüksək səviyyədə;
  • Financial Reporting və Management Reporting beynəlxalq imtahanları üzrə sertifikasiyalar (ACCA, FMVA, CPA və s)
  • Maliyyə təhlili, büdcələşdirmə və idarəetmə hesabatları üzrə praktiki biliklər;
  • Analitik təhlil bacarığı, İri həcmli məlumatları işləmə bacarığı, 
  • Problem həlletmə bacarığı, komanda ilə işləmək bacarıqları, idarəetmə, əməkdaşlıq, operativlik, məsuliyyətlilik, dəqiqlik.

Müraciət etmək üçün: [email protected]
GMS Gədəbəy Mineral Suları MMC
Gədəbəy Mineral Suları MMC
Emal sənayesi

Gədəbəy rayonu yalnız tarixi və qədim abidələri ilə deyil, həm də gözəl iqlimi, səfalı bulaqları ilə də məşhurdur. Belə məşhur bulaqlardan biri də rayonun Slavyanka kəndində yerləşən “Novlu”…

Oxşar vakansiyalar

Hamısına bax