AB
ATB Bank
Maliyyə Menecmenti Departamentinin Uçot və Büdcə Proqnozlaşdırılması şöbəsinin mütəxəssisi
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- İş rejimi
- Tam ştat
- Təcrübə
- career-levels.prof
- Kateqoriya
- Maliyyə
Vəzifə haqqında
Təsvir
- Günlük, aylıq, rüblük və illik normativ, prudensial və statistik hesabatların hazırlanması və təqdim edilməsi;
- Tədiyyə balansı, qabaqcadan ödənişlər və digər tənzimləyici hesabatların hazırlanaraq aidiyyəti dövlət qurumlarına təqdim edilməsi;
- Hesabat məlumatlarının dəqiqliyinə, tamlığına və vaxtında təqdim edilməsinə nəzarətin həyata keçirilməsi;
- Hesabatlılıq proseslərinin optimallaşdırılması, avtomatlaşdırılması və rəqəmsallaşdırılması layihələrində aktiv iştirak;
- Böyük həcmli maliyyə məlumatlarının təhlili, məlumat keyfiyyətinin yoxlanılması və uyğunsuzluqların aradan qaldırılması;
- Mərkəzi Bankın elektron hesabat sistemləri ilə işləmək və hesabatların sistem üzərindən təqdim edilməsini təmin etmək;
- Şöbənin fəaliyyət istiqamətindən irəli gələn digər vəzifələrin icra edilməsi.
Tələblər
- Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- MS Excel proqramını yüksək səviyyədə bilmək (mürəkkəb hesabatların hazırlanması, böyük həcmli məlumatların təhlili və emalı);
- SQL və Power BI bilikləri;
- Mərkəzi Bankın elektron hesabat sistemləri ilə işləmə təcrübəsi;
- Maliyyə hesabatlarının hazırlanması və təhlili sahəsində praktiki biliklər;
- Analitik düşünmə, detallara diqqət və problem həll etmə bacarıqları;
- Təşəbbüskarlıq, komanda ilə əməkdaşlıq və effektiv ünsiyyət bacarığı;
- ACCA, CFA və ya digər beynəlxalq maliyyə sertifikatlarına malik olmaq üstünlük hesab edilir.