Maliyyə Nəzarəti üzrə Böyük Mütəxəssis
1 gün əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Maliyyə
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Təsvir
- Şirkətin maliyyə əməliyyatlarının qüvvədə olan qanunvericiliyə, daxili siyasət və prosedurlara uyğunluğunun yoxlanılması
- Maliyyə hesabatlarının doğruluğunun yoxlanılması, risklərin qiymətləndirilməsi və rəhbərlik üçün müvafiq hesabatların hazırlanması
- Daxili və xarici audit yoxlamalarında aktiv iştirak, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün tövsiyələrin verilməsi və icrasına nəzarət
- Maliyyə və mühasibat uçotu proseslərinin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması
- Xərclərin optimallaşdırılması istiqamətində analitik təhlillərin aparılması və proqnozların hazırlanması
Tələblər
- Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya Biznesin idarə edilməsi sahəsində bakalavr dərəcəsi (Magistr dərəcəsi üstünlükdür).
- ACCA, CIMA və ya CIA (və ya bu istiqamətdə hazırkı imtahan mərhələləri) arzuolunandır.
- Azərbaycan dili (əla), İngilis dili
- (IFRS) standartları üzrə dərin biliklər
- MS office
- Maliyyə nəzarəti, audit və ya auditlə bağlı mühasibatlıq sahəsində azı 3-5 il iş təcrübəsi.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Nəqliyyat xidməti
- Korporativ nömrə
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
OMŞ 
OBA marketlər şəbəkəsi
Topdansatış və pərakəndə ticarət
“OBA Market” MMC Azərbaycanda fəaliyyət göstərən qonşu marketlər şəbəkəsidir. Şirkət ərzaq məhsullarının satışını həyata keçirir. Hal-hazırda 9000 əməkdaş və 1400-dən çox mağaza sayı ilə…