Guven Technology LLC Maliyyə Planlaşdırması və Təhlili üzrə baş mütəxəssis
İş rejimi Tam ştat Kateqoriya Maliyyə
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Təsvir
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması və konsolidasiyasını həyata keçirmək;
- İllik büdcənin hazırlanması və dövri maliyyə proqnozlarının yenilənməsi prosesində iştirak etmək;
- Şöbələr, layihələr və xidmət istiqamətləri üzrə xərclərin bölüşdürülməsi hesablamalarını aparmaq;
- Layihə və xidmət istiqamətləri üzrə mənfəətlilik təhlillərini hazırlamaq və nəticələri rəhbərliyə təqdim etmək;
- Maliyyə hesabatlarının hazırlanması prosesinin avtomatlaşdırılması və optimallaşdırılması üzrə təşəbbüslərdə iştirak etmək;
- Daxili və xarici audit prosesləri üçün maliyyə məlumatlarının və sənədlərinin hazırlanmasını təmin etmək;
- Rəhbərliyin maliyyə təhlili və hesabatlarla bağlı sorğularını vaxtında icra etmək;
- Komanda üzvlərinə metodoloji dəstək göstərmək və bilik mübadiləsində iştirak etmək.
Tələblər
- Təcrübə: Maliyyə planlaşdırması və təhlili, maliyyə analitikası və ya mühasibatlıq sahəsində minimum 4-6 il iş təcrübəsi;
- Təhsil: Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə ali təhsil;
- Dil bilikləri: Azərbaycan dili – sərbəst; İngilis dili – yaxşı; Rus dili – üstünlükdür;
- Maliyyə planlaşdırması, büdcələşdirmə, proqnozlaşdırma və MHBS (IFRS) üzrə bilik və praktiki təcrübə;
- Microsoft Excel proqramını yüksək səviyyədə bilmək; ERP sistemləri və BI alətləri (Power BI və s.) ilə iş təcrübəsi üstünlükdür;
- ACCA, CPA, CFA, CIMA, FMVA və ya digər peşəkar maliyyə sertifikatları üzrə təhsil alan və ya sertifikata sahib namizədlərə üstünlük verilir;
- Güclü analitik düşünmə, problem həll etmə, detallara diqqət və effektiv ünsiyyət bacarıqları.
GT 

Guven Technology LLC
İnformasiya və kommunikasiya
At Guven Technology , we are dedicated to delivering robust, secure, and innovative IT solutions that help businesses achieve sustainable success in the digital age. Founded with a vision to become a…