Maliyyə şöbəsinin Aparıcı mütəxəssisi
Vəzifə haqqında
Qarabağ Dirçəliş Fondu Maliyyə şöbəsinin Aparıcı mütəxəssisi vəzifəsinə vakansiya elan edir
Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya digər əlaqəli ixtisas üzrə ali təhsil alan, maliyyə və ya mühasibatlıq sahəsində minimum 4 il iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Vəzifə öhdəlikləri:
Bağlanması nəzərdə tutulan əqdlər üzrə maliyyə şərtlərinin, ödəniş qrafiklərinin, büdcə uyğunluğunun və maliyyə risklərinin təhlilində iştirak etmək;
Bağlanmış müqavilələrin illik təsdiq edilmiş büdcə və xərc təsnifatlarına uyğun olaraq reyestrinin aparılmasını təmin etmək;
Fondun digər müəssisə və təşkilatlarla bağladığı müqavilələr üzrə maliyyə şərtlərinin və ödəniş öhdəliklərinin icrasının təhlilində iştirak etmək;
Elektron qaimə-fakturaların, hesab-fakturaların həmçinin daxil olan alış sənədlərinin düzgünlüyünə nəzarət etmək;
Əsas vəsaitlərin və mal-materialların inventarizasiyası prosesində iştirak etmək;
Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya məbləğinin hesablanması, xalis balans dəyərinin müəyyən edilməsi və bu əməliyyatların müvafiq proqram təminatında (1C) əks etdirilməsini təmin etmək;
Fondun bütün mühasibat əməliyyatları üzrə müxabirləşmələrin 1C proqramında əks etdirilməsində iştirak etmək;
Fond tərəfindən göstərilən məqsədli maliyyə dəstəyinin düzgün və təyinatı üzrə xərclənməsinin yoxlanılmasında iştirak etmək;
Daxili idarəetmə hesabatlarının hazırlanmasında iştirak etmək;
Vergi, maliyyə və digər aidiyyəti hesabatların qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə dövlət orqanlarına təqdim edilməsində iştirak etmək;
Rəhbərlik üçün cari maliyyə məsələlərinə dair operativ və analitik məlumatlar hazırlamaq;
Maliyyə əməliyyatlarının Azərbaycan Respublikasının qanunvericiliyinə, Mühasibat Uçotunun Beynəlxalq Standartlarına və Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğunluğunun təmin edilməsində iştirak etmək;
Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması, təhlili və konsolidasiyası prosesində iştirak etmək;
Büdcə icrasının monitorinqini aparmaq, xərc maddələrini təhlil etmək və maliyyə intizamına nəzarət etmək;
Daxili və xarici audit prosesləri zamanı tələb olunan maliyyə sənədlərinin hazırlanmasında və auditor sorğularının cavablandırılmasında iştirak etmək;
Maliyyə əməliyyatları və hesabatlılıqla bağlı risklərin müəyyənləşdirilməsi və onların azaldılması istiqamətində təkliflər vermək;
Maliyyə uçotu, hesabatlılıq və daxili maliyyə proseslərinin optimallaşdırılması və avtomatlaşdırılması üzrə təkliflər hazırlamaq.
Maliyyə şöbəsinin fəaliyyət istiqamətlərinə uyğun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək;
Təhsil:
Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya digər əlaqəli ixtisas üzrə ali təhsil.
ACCA, DipIFR və ya PMS sertifikatlarından hər hansı birinə malik olmaq üstünlük hesab edilir.
Birbaşa linkə daxil ol və müraciət et - https://qdf.gov.az/media-merkezi/vakansiyalar/20-Maliyye-shobesinin-aparici-mutexessisi.html