BQB
Best-Tarim QSC (Beta Tea Azerbaijan)

Marketing üzrə aparıcı mütəxəssis

20 saat əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
Kateqoriya
Logistika

Vəzifə haqqında

İş şəraiti

  • İş qrafiki: 6 günlük iş həftəsi
  • Təminat: Nahar yeməyi şirkət tərəfindən qarşılanır

“Best-tarim” QSC dinamik, yaradıcı və nəticəyönümlü Aparıcı Marketinq Mütəxəssisi axtarır! Əgər siz həm rəqəmsal, həm də ənənəvi marketinq sahəsində təcrübəlisinizsə, komandamıza qoşulmağa dəvətlisiniz.

Vəzifə Öhdəlikləri:

  • Marketinq strategiyalarının hazırlanması və icrasında iştirak etmək
  • Rəqəmsal marketinq kampaniyalarının planlaşdırılması, idarə olunması və analizi
  • Sosial media platformaları (SMM) üçün məzmun planının hazırlanması və koordinasiyası
  • Ənənəvi marketinq (ATL/BTL) fəaliyyətlərini və promo-kampaniyaları təşkil etmək
  • Reklam kampaniyalarının effektivliyini ölçmək və dövri hesabatlar hazırlamaq
  • Bazar araşdırmaları aparmaq, rəqiblərin fəaliyyətini izləmək və təhlil etmək
  • Agentliklər, tərəfdaşlar və digər təchizatçılarla kommunikasiyanı idarə etmək
  • Satış komandası ilə koordinasiyalı işləmək və marketinq dəstəyi göstərmək
  • Marketinq büdcəsinin idarə olunmasında dəstək göstərmək

Namizədə Dair Tələblər:

  • Marketinq, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil
  • Marketinq sahəsində minimum 3 il iş təcrübəsi
  • Ənənəvi marketinq (BTL/ATL) prinsipləri və alətləri üzrə biliklər
  • Promo-kampaniyaların, stimullaşdırıcı aksiyaların təşkili və idarə edilməsi təcrübəsi
  • Rəqəmsal marketinq alətləri və sosial media platformaları üzrə mükəmməl biliklər
  • Meta Ads platformaları ilə işləmək bacarığı
  • Analitik düşüncə və məlumatların təhlili (data analysis) qabiliyyəti
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət
  • İngilis dili (Intermediate - B1/B2) və Türk dili (sərbəst) bilikləri
  • MS Office proqramlarında (xüsusilə Excel və PowerPoint) sərbəst işləmək bacarığı

Şəxsi Keyfiyyətlər:

  • Kreativ, innovativ və nəticəyönümlü düşüncə
  • Güclü ünsiyyət, təqdimat və komandada işləmək bacarığı
  • Zamanın effektiv idarə olunması (Time management)

Biz Nə Təklif Edirik?

  • Rəqabətqabiliyyətli əmək haqqı
  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun rəsmiləşdirilmə
  • Rahat, müasir və dinamik iş mühiti

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Oxşar vakansiyalar

: