F
Aylıq maaş
₼2,000+
- Kateqoriya
- Dizayn
Vəzifə haqqında
FLEXLINE MMC komandamıza qoşulmaq üçün peşəkar, yaradıcı və nəticəyönümlü Marketinq Meneceri axtarır.
Vəzifə öhdəlikləri
- Şirkətin illik və aylıq marketinq strategiyasının hazırlanması və icrasına nəzarət etmək;
- Marketinq planlarının, kampaniyaların və layihələrin effektiv şəkildə həyata keçirilməsini təmin etmək;
- İllik marketinq büdcəsini formalaşdırmaq, idarə etmək və büdcə üzrə hesabatlılığı təmin etmək;
- Marketinq şöbəsinin xərclərinə nəzarət etmək və xərclərin optimallaşdırılması istiqamətində təkliflər vermək;
- Rəqəmsal marketinq, SMM, dizayn, video çəkiliş, kontent və reklam fəaliyyətlərini koordinasiya etmək;
- Şirkətin brend strategiyasının inkişaf etdirilməsində iştirak etmək və korporativ imicin qorunmasını təmin etmək;
- Çəkilişlərin, tədbirlərin və promosiya fəaliyyətlərinin təşkili və idarə edilməsində iştirak etmək;
- Agentliklər, frilanserlər, dizaynerlər, targetoloqlar, fotoqraflar və digər tərəfdaşlarla iş prosesini koordinasiya etmək;
- Reklam kampaniyalarının effektivliyini KPI göstəriciləri əsasında qiymətləndirmək və rəhbərliyə hesabat təqdim etmək;
- Satış komandası ilə sıx əməkdaşlıq edərək satışları dəstəkləyən marketinq fəaliyyətlərini həyata keçirmək;
- Bazar araşdırmaları aparmaq, rəqiblərin fəaliyyətini izləmək və analitik hesabatlar hazırlamaq;
- Müştəri davranışlarını təhlil etmək və marketinq fəaliyyətlərinin təkmilləşdirilməsi üçün təkliflər vermək;
- Həftəlik, aylıq və rüblük hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Yeni marketinq alətlərinin və süni intellekt texnologiyalarının tətbiq imkanlarını araşdırmaq.
Namizədə tələblər
- Marketinq sahəsində minimum 3 il rəhbər və ya menecer vəzifəsində iş təcrübəsi;
- Marketinq strategiyasının hazırlanması və icrası üzrə praktiki təcrübə;
- Rəqəmsal marketinq, sosial media marketinqi və performans marketinqi üzrə biliklər;
- Meta Ads, Google Ads, Google Analytics və digər analitik alətlərlə işləmək bacarığı;
- Kontent marketinqi və brend idarəçiliyi sahəsində təcrübə;
- Güclü analitik düşüncə və nəticəyönümlü yanaşma;
- Büdcə planlaşdırılması və idarə olunması üzrə təcrübə;
- Azərbaycan, rus və ingilis dillərini yaxşı səviyyədə bilmək;
- Canva, CapCut, Meta Business Suite, Excel və Google Sheets proqramlarında sərbəst işləmək bacarığı;
- Süni intellekt (ChatGPT və digər AI alətləri) ilə işləmək bacarığı;
- Yüksək təşkilatçılıq, təqdimat və ünsiyyət bacarıqları;
- Komandanı idarə etmək və bir neçə layihəni paralel şəkildə koordinasiya etmək bacarığı;
- 25–40 yaş aralığında olmaq;
- Həm qadın, həm də kişi namizədlər müraciət edə bilərlər.
İş şəraiti
- Tam ştat;
- Ofis daxili iş rejimi;
- Əmək haqqı: 2000 AZN;
- İş ünvanı: Həsən bəy Zərdabi küçəsi 62;
- Şirkət tərəfindən nahar təmin olunur;
- Premium idman zalından ödənişsiz istifadə imkanı;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Marketinq Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.