Marketinq mütəxəssisi-Data Science Academy
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- Maliyyə
Vəzifə haqqında
📣 Data Science Academy olaraq böyüyən və dinamik komandamıza Marketinq Meneceri axtarırıq.
✅ Əgər data əsaslı düşünürsünüzsə, təhsil və analitika sahəsində yeniliklər yaratmaqdan zövq alırsınızsa və nəticəyə yönümlü marketinq yanaşmasına sahibsinizsə, sizi komandamıza dəvət edirik.
Əsas vəzifə və öhdəliklər:
🔹 Lead yaradılması və müştəri cəlbinə yönəlmiş marketinq strategiyasını hazırlamaq və icrasına nəzarət etmək
🔹 Data Science Academy təlim proqramları üçün rəqəmsal və ənənəvi marketinq kampaniyalarını idarə etmək
🔹 Kontent, performans marketinq, brend mövqeləndirmə və kommunikasiya fəaliyyətlərinə rəhbərlik etmək
🔹 Marketinq komandasını idarə etmək
🔹 Bazar, rəqib və auditoriya araşdırmaları apararaq strategiya formalaşdırmaq
🔹 Satış, təlim, analitika və digər daxili komandalarla birlikdə konversiya və ROI fokuslu kampaniyalar həyata keçirmək
🔹 KPI-ləri izləmək, hesabatlar hazırlamaq və nəticələr əsasında optimallaşdırmalar aparmaq
🔹 Marketinq büdcəsinə nəzarət etmək və effektiv istifadəni təmin etmək
Səndən gözlədiklərimiz:
🔹 Strateji düşünmə və operativ icra bacarığı
🔹 Komanda idarəetmə təcrübəsi
🔹 Rəqəmsal marketinq alətləri ilə işləmə bacarığı: Meta Ads, Google Ads, GTM, e-mail marketinq və s.
🔹 Büdcə idarəçiliyi və optimallaşdırma təcrübəsi
🔹 Minimum 4 il marketinq təcrübəsi
Üstünlükdür:
🔹 Təhsil, təlim sahəsində marketinq təcrübəsi
🔹 Data analytics, data science və süni intellekt mövzularına maraq
🔹 SEO və kontent marketinq bilikləri
🔹 Bazar və müştəri araşdırmalarında təcrübə
🔹 İngilis dilini bilmək
İş şəraiti:
• İş saatları: 09:00 – 18:00
• Əməkhaqqı: Namizədin bacarıq və təcrübəsinə uyğun olaraq rəqabətcil olacaq və razılaşma yolu ilə qərarlaşdırılacaq.
📩 Müraciət üçün CV-nizi [email protected] elektron ünvanına mövzu hissəsində “Layihə Koordinatoru - Data Science Academy” yazaraq göndərə bilərsiniz.