CO
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- Kateqoriya
- Marketinq
Vəzifə haqqında
İş haqqında
- İdman sahəsində fəaliyyət göstərən təşkilat üçün marketinq istiqamətinə rəhbərlik edəcək Marketinq rəhbəri axtarılır.
Vəzifə öhdəlikləri:
- Təşkilatın marketinq strategiyasının hazırlanması və icrası;
- Sponsorların və strateji tərəfdaşların cəlb olunması;
- Yeni əməkdaşlıq imkanlarının araşdırılması və inkişaf etdirilməsi;
- İdmançıların, iştirakçıların və tərəfdarların cəlb edilməsinə yönəlmiş təşəbbüslərin hazırlanması;
- Brend tanınırlığının artırılması üzrə layihələrin idarə olunması;
- Marketinq kampaniyalarının planlaşdırılması, icrası və nəticələrinin təhlili;
- Rəhbərliklə birbaşa işləyərək strateji təşəbbüslərin həyata keçirilməsi;
- Hesabatların hazırlanması və təqdim edilməsi.
Tələblər:
- Marketinq, Biznesin idarə olunması və ya əlaqəli sahədə ali təhsil;
- Marketinq sahəsində minimum 3 il iş təcrübəsi;
- Sponsorluq, tərəfdaşlıqlar və biznes inkişafı sahəsində təcrübə;
- Azərbaycan və ingilis dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
- Rus dili arzuolunandır;
- Güclü təqdimat və danışıqlar aparmaq bacarığı;
- Strateji düşüncə və nəticəyönümlülük;
- Müstəqil qərarvermə və yüksək məsuliyyətlilik;
- Rəhbərliklə birbaşa işləmək bacarığı.
Biz nə təklif edirik:
- Rəqabətqabiliyyətli əmək haqqı;
- Dinamik və sürətli iş mühiti;
- Rəhbərliklə birbaşa işləmək imkanı;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
İş şərtləri:
- İş vaxtı: 09:00 – 18:00
- İş günləri: 5/2
- Əmək haqqı: müsahibə əsasında müəyyən ediləcək
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: Yalnız tələblərə uyğun gələn və növbəti mərhələyə keçən namizədlərlə əlaqə saxlanılacaq.