Marketinq şöbəsinin meneceri
16 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Marketinq
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vakansiya haqqında məlumat:
- Şirkətin marketinq strategiyasını hazırlamaq və həyata keçirmək;
- Brendin tanıtımı və bazar mövqeyinin gücləndirilməsi istiqamətində fəaliyyətləri planlaşdırmaq;
- Marketinq şöbəsinin gündəlik fəaliyyətini idarə etmək və komandanın işini koordinasiya etmək;
- Marketinq büdcəsini planlaşdırmaq və effektiv idarə etmək;
- Rəqəmsal marketinq, sosial media, PR və reklam kampaniyalarının hazırlanması və icrasına rəhbərlik etmək;
- Bazar araşdırmaları aparmaq, rəqib analizləri hazırlamaq və yeni inkişaf imkanlarını müəyyənləşdirmək;
- Satış şöbəsi ilə sıx əməkdaşlıq edərək satışın artırılmasına yönəlmiş kampaniyalar hazırlamaq;
- Reklam agentlikləri ilə əməkdaşlığı idarə etmək.
Tələblər:
- Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
- Marketinq sahəsində minimum 5 il iş təcrübəsi;
- Rəqəmsal marketinq alətləri üzrə biliklər;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Dil bilikləri: Azərbaycan dilində səlis danışıq və yazı, rus və ingilis dillərini bilməsi üstünlükdür
- Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı
- Analitik düşüncə, kreativ yanaşma, ünsiyyət və təqdimat bacarığı.
İş şəraitinin şərtləri
- İş qrafiki: 09:00-18:00;
- İstirahət günü: Həftədə 2 dəfə (Şənbə, Bazar günü)
- Ə/h müsahibə əsasında təyin olunur.
CV-nizi başlıqda "Marketinq şöbəsinin Meneceri" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
AP 
Azerbaijan Poultry Company