Marketinq üzrə Mütəxəssis
18 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Marketinq
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
“AZERA Holding”-in tərkibində fəaliyyət göstərən “Tornado-Ş” QSC komandasına Marketinq üzrə Mütəxəssis axtarır!
Əgər marketinq sahəsində təcrübəniz varsa, kreativ düşünür, nəticəyönümlü işləyir və brendin inkişafına töhfə vermək istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri:
- Şirkətin marketinq strategiyasının hazırlanması, icrası və inkişaf etdirilməsi;
- Marketinq kampaniyalarının planlaşdırılması və həyata keçirilməsi;
- Müxtəlif platformalar üzrə vizual və reklam materiallarının hazırlanmasının koordinasiyası;
- Rəqəmsal və ənənəvi marketinq fəaliyyətlərinin təşkili;
- Bazar araşdırmalarının aparılması, rəqiblərin təhlili və təkliflərin hazırlanması;
- Marketinq fəaliyyətləri üzrə mütəmadi hesabatların hazırlanması.
Namizədə tələblər:
- Marketinq və ya uyğun sahə üzrə ali təhsil;
- Marketinq sahəsində minimum 2 il iş təcrübəsi;
- Rəqəmsal və ya ənənəvi marketinq üzrə sertifikatların olması üstünlükdür;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı (rus dili üstünlük hesab olunur);
- MS Office və dizayn proqramları ilə işləmə bacarığı;
- Analitik düşüncə, kreativ yanaşma və detallara diqqət.
- CRM platformalarında məlumatların idarə edilməsi və hesabatların hazırlanması bacarığı;
Biz təklif edirik:
- Əmək haqqı: 1200 AZN (net);
- 5 günlük iş qrafiki (09:00–18:00);
- Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- Peşəkar komandada çalışma və karyera inkişafı imkanı.
Müraciət üçün namizədlər CV-lərini "Marketinq üzrə mütəxəssis" mövzu başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
“AZERA Holding” komandasında karyeranızı bizimlə inkişaf etdirin!
A 
Azera Holding
Maliyyə və sığorta fəaliyyəti