TMŞ Tornado Mühafizə ŞirkətiTornado Mühafizə Şirkəti

Marketinq üzrə mütəxəssis

Bakı 8 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat 1–3 il Marketinq
Aylıq maaş
₼1,200+
Son müraciət tarixi
21 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Tornado-Ş Mühafizə Xidmətin-dən vakansiya: Marketinq üzrə mütəxəssis tələb olunur

Vəzifə öhdəlikləri:
– Şirkətin marketinq strategiyasının hazırlanması, icrası və inkişaf etdirilməsi;
– Marketinq kampaniyalarının planlaşdırılması və həyata keçirilməsi;
– Müxtəlif platformalar üzrə vizual və reklam materiallarının hazırlanmasının koordinasiyası;
– Rəqəmsal və ənənəvi marketinq fəaliyyətlərinin təşkili;
– Bazar araşdırmalarının aparılması, rəqiblərin təhlili və təkliflərin hazırlanması;
– Marketinq fəaliyyətləri üzrə mütəmadi hesabatların hazırlanması.

Namizədlərə tələblər:
– Təhsil: Marketinq və ya uyğun sahə üzrə ali təhsil;
– İş təcrübəsi: Marketinq sahəsində minimum 2 il iş təcrübəsi;
– Rəqəmsal və ya ənənəvi marketinq üzrə sertifikatların olması üstünlükdür;
– Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı (rus dili üstünlük hesab olunur);
– MS Office və dizayn proqramları ilə işləmə bacarığı;
– Analitik düşüncə, kreativ yanaşma və detallara diqqət.
– CRM platformalarında məlumatların idarə edilməsi və hesabatların hazırlanması bacarığı;

İş şərtləri:
– İş qrafiki: 5 günlük iş həftəsi
– İş vaxtı: 09:00-dan 18:00-kimi

Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 1200 manat NET təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Marketinq üzrə mütəxəssis” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil



TMŞ Tornado Mühafizə Şirkəti
Tornado Mühafizə Şirkəti

Oxşar vakansiyalar

Hamısına bax