K
Klaxon Ltd

Marketinq və əməliyyatlar üzrə koordinator

20 saat əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Kateqoriya
Marketinq

Vəzifə haqqında

Vəzifə haqqında

  • Biz marketinq və əməliyyat işlərinin koordinasiyasına cavabdeh, təşkilatçı və detallara diqqətli olan bir əməkdaş axtarırıq. Bu, marketinq və əməliyyat işinin kəsişməsində olan vəzifədir: siz təchizatçılar, müştərilər və daxili komandalar arasında əlaqələndirici olacaq, bütün proseslərin uyğun və vaxtında irəliləməsini təmin edəcəksiniz.
  • Bu vəzifə çoxsaylı tapşırıqları nəzarətdə saxlamağı, insanlarla ünsiyyət qurmağı bacaran və marketinq sahəsində inkişaf etmək istəyənlər üçün uyğundur. 

Bakı, Azərbaycan – tam iş günü

Vəzifə öhdəlikləri

  • Çəkilişlərin koordinasiyası. Foto və video çəkilişlərin təşkili və müşayiəti: zamanın, məkanın və iştirakçıların razılaşdırılması, fotoqraflar, videoqraflar və təhcizatçılar ilə əlaqələndirmə, rekvizitlərin və məhsulların çəkilişə hazırlanması, nəticənin texniki tapşırığa və brend qaydalarına uyğunluğuna nəzarət.
  • Çap materiallarının koordinasiyası. Çap məhsullarının (kataloqlar, broşürlar, flayerlər, POS-materiallar, qablaşdırma və s.) hazırlanması, razılaşdırılması və istehsalının müşayiəti: mətbəələrlə əlaqələndirmə, keyfiyyətə və müddətlərə riayət olunmasına nəzarət.
  • Müştərilərin daxil olan müraciətlərinin emalı. Müştərilərin mesajlarına və zənglərinə vaxtında cavab verilməsi: təsdiqlənmiş məlumatlar və qiymət siyahıları çərçivəsində məhsullar, qiymətlər, mövcudluq və satış nöqtələri barədə məsləhətlərin verilməsi.
  • Məhsulun təşviqinin koordinasiyası. Məhsulun təşviqi ilə bağlı bütün tədbirlərin planlaşdırılmasında, əlaqələndirilməsində və onlara nəzarətdə iştirak.
  • Tədbirlərin və promo-aksiyaların koordinasiyası. Tədbirlərin, sərgilərin, təqdimatların və promo-aksiyaların hazırlanması və keçirilməsinin müşayiəti: təşkilati dəstək, podratçıların əlaqələndirilməsi, materialların hazırlanması və tapşırıqların icrasına nəzarət.
  • Məhsulun markalanması. Məhsulların üzərinə stikerlərin və digər markalama və brend elementlərinin yapışdırılması, onların müəyyən edilmiş tələblərə uyğun olaraq düzgün və səliqəli yerləşdirilməsinə nəzarət.
  • Digər tapşırıqlar. Rəhbərliyin tapşırıqlarının və şirkətin marketinq fəaliyyətinin dəstəklənməsi üçün zəruri olan digər işlərin yerinə yetirilməsi.

Namizədə tələblər

  • Ali təhsil;
  • Sərbəst azərbaycan dili biliyi: səlis şifahi və yazılı nitq;
  • Stresə davamlılıq və çoxvəzifəli rejimdə işləmək bacarığı;
  • Məsuliyyətlilik və detallara diqqət;
  • Ünsiyyətcillik və münasibətdə xoş rəftar.

İş şəraiti 

  • Tam iş günü, bazar ertəsi – şənbə, 10:00 – 19:00;
  • Müsahibənin nəticələrinə əsasən müəyyən edilən rəqabətqabiliyyətli əməkhaqqı;
  • Sınaq müddəti – 3 ay; bu müddət ərzində işin nəticələri diqqətlə qiymətləndiriləcək;

Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu hissəsində “Marketinq koordinatoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar

: