Matros
İş rejimi Tam ştat Kateqoriya Logistika
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vakansiyanın təsviri
- Qrafikə əsasən gəmi hərəkətdə olduğu zaman gəmi idarəetmə mərkəzində, gəmi limanda dayanan zaman nərdivanın yanında növbə çəkmək;
- Gəmi işlərinə və gövdə hissəsinə texniki xidmətdə iştirak etmək (gəminin yüksək yerləri və bortun kənar hissəsi daxil olmaqla);
- Yük qurğularının və anbarların yük əməliyyatlarına hazırlanmasında iştirak etmək, mexaniki və hidravlik ötürücülərlə təchiz edilmiş yük anbarlarını açmaq və bağlamaq;
- Şturman və sükan otaqlarının təmizliyini, siqnal bayraqlarının və işarələrinin, əl lotlarının (dərinliyi ölçən cihazların) və əl duman şeypurunun etibarlı saxlanılmasını təmin etmək.
Xüsusi tələblər
- Gəmi sürücülüyü və ya dəniz naviqasiyası mühəndisliyi üzrə ali və ya orta ixtisas (subbakalavr) dənizçilik təhsili
- Tələb olunan kompüter bilik səviyyəsi:MS Office (arzuolunandır)
- Tələb olunan xarici dil bilik səviyyəsi:Azərbaycan dili (əla); Rus dili və İngilis dili (arzuolunandır)
- Hərbi xidməti:Hərbi biletin təqdim edilməsi zəruridir
- Əmək müqaviləsinin müddəti:Müddətli
- Siqnal işaralərini bilmək; göyərtə texniki vasitələrin idarə edilməsini; fərdi və kollektiv xilasetmə vasitələrindən istifadəni; qəza-xilasetmə avadanlıqlarının, yanğınsöndürmə vasitələrinin saxlanma yerlərini və onlardan istifadə qaydalarını; gəmidə ballast anbarlarının və içməli su anbarlarının, onların hava və ölçü borularının, yük anbarlarının ölçü borularının yerləşməsini; göyərtədə klinketlərin əsas ötürücülərini manipulyasiya etməyi bilməlidir.
AXD 
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi