Məhsul üzrə Kiçik mütəxəssis (Hesab və ödəniş xidmətləri)
20 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya İnsan resursları
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Təsvir
- Hesab və ödəniş xidmətləri məhsulları üzrə satışın həyata keçirilməsi, gəlirlərinin artırılmasında və təyin edilmiş satış hədəflərinə çatmağa nail olunmasında müştəri menecerlərinə satışla əlaqəli dəstəyin göstərilməsi;
- Mütəmadi olaraq məhsulların gəlirliliyinin təhlil edilməsi, xərclərin optimallaşdırılması və proseslərin effektivliyin artırılmasını təmin etmək ilə məhsul dövriyyəsinin və gəlirliyinin gözlənilən həcmdə olmasına dəstək göstərməsi;
- Hesab və ödəniş xidmətləri məhsulları ilə bağlı problemlərin mütəmadi və proaktiv formada köklü həllinə yönəlməsi, araşdıraraq onlardan çıxan nəticələrə görə məhsulların optimallaşdırılması, yeni məhsul inkişaf təşəbbüslərinin irəli sürülməsi;
- “Hesab və ödəniş xidmətləri” məhsul xidmətlərinin davamlı inkişaf etdirilməsi üçün yerli bazara xas və beynəlxalq təcrübənin nəzərdən keçirilməsi, inkişaf üçün istiqamətlərin göstərilməsi;
- Məhsulun xüsusiyyətləri haqqında ilkin bilik və bacarıqlarının komanda daxilində bölüşdürməsi;
- Məhsulun inkişafı tələb olunan təqdirdə aidiyyəti bölmələr ilə tələb olunan texniki sənədlərin hazırlanması və testlərin həyata keçirilməsinin təmin edilməsi;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.
Tələblər
- Təhsil səviyyəsi və istiqaməti: Maliyyə və İqtisadiyyat üzrə;
- İş təcrübəsi (il və/və ya sahə olaraq): 0-1 il;
- Dil bilikləri: İngilis, Rus;
- Kompüter bilikləri: Microsoft Office;
- Digər məhsul üzrə biliklər: Bank məhsulları.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
PB 
PASHA Bank
Maliyyə və sığorta fəaliyyəti
2007-ci ildə yaradılmış PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankıdır. Biz investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə…