Məhsul üzrə menecer /Olivia (Beauty and care)
Kateqoriya Logistika
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Təsvir
- Bazarda olan məhsulların çeşid və keyfiyyəti haqqında araşdırmaların aparılması;
- İstehlakçıların tələblərinə uyğun olaraq daim lazımı məhsul kateqoriyaları ilə şirkətin təmin edilməsi;
- Tabeçiliyində olan məhsul kateqoriyalarının qısamüddətli və uzunmüddətli inkişaf strateqiyalarının hazırlanması və həyata keçirilməsi;
- Təchizatçılar ilə uzunmüddətli əlaqələrin qurulması;
- Müvafiq sifarişlərin verilməsi və məhsul-kateqoriya ehtiyatının (stok) planlanmasının idarə edilməsi;
- Marketinq komandası ilə əməkdaşlığın edilməsi;
- Rəqiblərin fəaliyyətlərinin daim araşdırılması və bu araşdırmaların nəticəsi olaraq yeni rəqabətqabiliyyətli strateqiyaların hazırlanması və tətbiq edilməsi;
- Məhsul kateqoriyaların genişləndirməyin yeni yollarının tapılması;
- Qısamüddətli və uzunmüddətli məhsul satış proqnozlarının və xüsusi hesabat və təhlillərin hazırlanması;
- Büdcənin idarə edilməsi və izlənməsi.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahə üzrə və ya satınalma sahəsində 2-3 il iş təcrübəsi;
- Səlis Azərbaycan, rus və ingilis dilləri biliyi;
- Kateqoriyaların idarə edilməsi sahəsində təcrübə;
- Kosmetika və özünə baxım sahələrində təcrübə arzuolunandır;
- Marketinq və satış əməliyyatları və prosesləri haqqında dərin biliklər;
- Analitik düşünmə qabiliyyəti;
- Yüksək səviyyədə ünsiyyət, təqdimat və komanda ilə işləmək bacarığı;
- Böyük həcmdə məlumatların təhlilində və proqnozların verilməsində təcrübə;
- Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook), 1C bilməsi arzuolunandır;
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00;
Daha çox Xidmət vakansiyaları üçün www.isbu.az saytına keçid edin.
Bu vakansiya digər saytlarda da var
Ishly bütün vakansiyaları bir yerə toplayır — hər saytı ayrıca yoxlamağa ehtiyac yoxdur.
KH 
Kontakt Home
Topdansatış və pərakəndə ticarət
“Kontakt” pərakəndə satış sektoru üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkəsidir. Şirkət hazırda ölkə üzrə 50-dən çox mağaza, ölkə sərhədlərindən kənarda – isə Gürcüstanın müxtəlif bölgələrində…