KH Kontakt HomeKontakt Home

Məhsul üzrə menecer (Virtual məhsullar)

1 gün əvvəl yerləşdirilib Mənbə
Müştəri xidməti
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
13 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Təsvir

  • Bazarda məhsulların çeşidi və keyfiyyəti, həmçinin hədəf auditoriya ilə bağlı araşdırmaların aparılması;
  • Araşdırmaya müvafiq olaraq mağaza şəbəkələri üzrə məhsul çeşidinin formalaşdırılması;
  • Məhsul üzrə qiymət strategiyasının təyin edilməsi;
  • Reklam kampaniyalarının yaradılması, həyata keçirilməsində iştirak edilməsi və nəticələrin təhlil olunması;
  • Məhsul kateqoriyalarının genişləndirməsi istiqamətində yeni yolların tapılması;
  • Yeni təchizatçıların axtarışının həyata keçirilməsi və mövcud təchizatçılarla uzunmüddətli əlaqələrin təmin edilməsi;
  • Rəqiblərin fəaliyyətlərinin daim araşdırılması, yeni rəqabətqabiliyyətli strategiyaların hazırlanması və tətbiq edilməsi;
  • Dövrü hesabatların hazırlanıb struktur rəhbərə təqdim edilməsi.
  • Məhsul sifarişinin verilməsi, anbar, mağaza şəbəkələri üzrə məhsul kateqoriyaların ehtiyat planlanmasının idarə edilməsi və təmin etməsi;
  • Məhsulun satış strategiyasının inkişafının işlənib hazırlanması və həyata keçirilməsi;

Tələblər

  • Ali təhsil
  • Azərbaycan dili əla və minimum bir xarici dil biliyi (ingilis və ya rus dili) yüksək səviyyədə olmalıdır;
  • Yaxşı səviyyədə kompüter bilikləri (MS Office proqramları);
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi arzuolunandır;
  • Bazar araşdırması və analizini etmə baçarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
  • Obyektiv düşünmək bacarığı;
  • Komanda ilə işləmək bacarığı;

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Bu vakansiya digər saytlarda da var
Ishly bütün vakansiyaları bir yerə toplayır — hər saytı ayrıca yoxlamağa ehtiyac yoxdur.
KH Kontakt Home
Kontakt Home
Topdansatış və pərakəndə ticarət

“Kontakt” pərakəndə satış sektoru üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkəsidir. Şirkət hazırda ölkə üzrə 50-dən çox mağaza, ölkə sərhədlərindən kənarda – isə Gürcüstanın müxtəlif bölgələrində…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et