Akad Group Memar
19 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Mühəndislik
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
İş yeri: Bakı
İş qrafiki: Tam iş günü
Vəzifə öhdəlikləri:
- Memarlıq layihələrinin konsept, eskiz və işçi layihələrinin hazırlanması;
- Memarlıq planları, kəsiklər, fasadlar və detalların işlənməsi;
- Layihələrin qüvvədə olan tikinti norma və qaydalarına uyğun hazırlanmasının təmin edilməsi;
- Layihə komandası, konstruktor və MEP mühəndisləri ilə koordinasiyalı işləmək;
- Müəllif nəzarətində iştirak etmək və zərurət olduqda obyektə baxış keçirmək;
- Layihə sənədlərinin vaxtında və keyfiyyətlə hazırlanmasını təmin etmək.
Tələblər:
- Memarlıq ixtisası üzrə ali təhsil;
- Memar vəzifəsində minimum 2 il iş təcrübəsi;
- AutoCAD, ArchiCAD, Revit və SketchUp proqramlarını yaxşı səviyyədə bilmək;
- 3ds Max, Corona Render və Lumion/Enscape proqramlarından birini bilmək üstünlükdür;
- Adobe Photoshop proqramında işləmək bacarığı;
- Tikinti norma və qaydaları (SNiP/SP, Azərbaycan tikinti normaları) üzrə biliklər;
- İşçi layihələrinin hazırlanması üzrə praktiki təcrübə;
- Məsuliyyətli, dəqiq, komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı.
Təklif edirik:
- Rəqabətli əməkhaqqı (müsahibə əsasında);
- Peşəkar inkişaf və karyera imkanları;
- Rahat və müasir iş mühiti;
- Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.
Maraqlanan namizədlərdən CV-lərini və mümkün olduqda portfoliolarını mövzu hissəsində "Memar" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Bu vakansiya digər saytlarda da var
Ishly bütün vakansiyaları bir yerə toplayır — hər saytı ayrıca yoxlamağa ehtiyac yoxdur.
A 

Akad Group