Məntiq müəllimi
Vəzifə haqqında
📢 FZ Academy-də Məntiq Müəllimi Vakansiyası
Namizədə dair tələblər:
* Pozitiv, enerjili və gülərüz olmaq;
* Məntiq və ya uyğun ixtisas üzrə ali təhsil;
* Pedaqoji təcrübə (üstünlükdür);
* Tədris prosesinə kreativ yanaşmaq və müasir tədris metodlarından istifadə etmək;
* Güclü ünsiyyət və təqdimat bacarığı;
* Məsuliyyətli, təşəbbüskar və inkişafa açıq olmaq;
* Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
* Tədris prosesini yüksək keyfiyyətlə həyata keçirmək;
* Tələbələrlə düzgün və effektiv kommunikasiya qurmaq;
* Tədris mərkəzinin daxili idarəetmə sisteminə uyğun fəaliyyət göstərmək;
* Online, ənənəvi və hibrid formatlarda dərslərin tədrisini həyata keçirmək;
* Aylıq və həftəlik əlavə video materialların hazırlanması və çəkilişində iştirak etmək;
* FZ Academy-nin YouTube kanalında canlı dərslər və yayımlarda iştirak etmək;
* Tələbələrin tədris göstəriciləri ilə bağlı aylıq hesabat təqdim etmək;
* Görüş və iclaslarda aktiv iştirak etmək;
* Tədris materiallarının (kitab, PDF, video dərslər və testlər) hazırlanmasında iştirak etmək;
* Tələbələrin qəbuldan sonrakı ixtisas seçimi mərhələsində onlara dəstək göstərmək.
İş qrafiki:
* İş saatları tələbə qruplarının dərs cədvəlinə və müəllimin uyğunluğuna əsasən müəyyən edilir.
İş yeri:
📍 FZ Academy filialları
Əmək haqqı:
* Razılaşma əsasında;
* Tələbə sayına uyğun artan gəlir sistemi;
* Əlavə bonus və mükafatlandırma imkanları.
Əgər biliklərinizi bölüşmək, tələbələrin uğur hekayəsində pay sahibi olmaq və peşəkar komandada fəaliyyət göstərmək istəyirsinizsə, CV-nizi [email protected] hesabına "məntiq" yazıb göndərin.