Lime and Co MMC Merçendayzer
Vəzifə haqqında
Lime and Co MMC-dən vakansiya: Merçendayzer tələb olunur
Vəzifə öhdəlikləri:
– Təyin olunmuş gündəlik marşrut üzrə mağazaları ziyarət etmək;
– Mağazalarda merçendayzinq fəaliyyətini həyata keçirmək;
– Məhsulların brend standartlarına uyğun şəkildə təqdimatını təmin etmək;
– Mövsüm və kampaniyalara uyğun vitrin dizaynını hazırlamaq;
– Brend imicinin qorunmasını təmin etmək;
– Məhsulların vizual düzülüşünü daim nəzarətdə saxlamaq və qorumaq;
– Malların istehsal və son istifadə tarixlərinə nəzarət etmək;
– Qiymət dəyişikliklərini izləmək və düzgün tətbiq olunmasını təmin etmək.
Namizədlərə tələblər:
– Təhsil: Orta
– İş təcrübəsi: Merçendayzer vəzifəsində minimum 1 il iş təcrübəsi (üstünlük təşkil edir);
– Cins: Bəy və Xanım namizədlər
– Yaş həddi: 20–45 yaş;
– Vizual merchandising və məhsul düzülüşü sahəsində biliklər;
– Yaxşı ünsiyyət və təqdimat bacarıqları;
– Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq.
İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: 10:00-dan 19:00-kimi
– Yol xərci və mobil rabitə ödənişi şirkət tərəfindən nəzərə alınır;
– Şəxsi avtomobili ilə fəaliyyət göstərəcək əməkdaşlara benzin və amortizasiya pulu ödənilir.
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 500-600 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Merçendayzer” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
