Storm Engineering MMCStorm Engineering MMC

Mexanik

3 həftə əvvəl yerləşdirilib Mənbə: azvak.az ↗
Mühəndislik
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
2 iyul 2026

Vəzifə haqqında

İş yeri: Qaradağ rayonu, Qobustan qəsəbəsi (Quru qarışıqlar istehsalı)

Tələblər:

  • Texniki peşə təhsili və ya müvafiq ixtisas (mexanika üzrə);

  • Əlaqədar sahə üzrə 3 ildən artıq iş təcrübəsi;

  • Gecə növbəsi üçün uyğunluq;

  • MS Office komputer proqramı üzrə bacarıqlar;

  • Yüksək məsuliyyət, dəqiqlik və iş intizamı.

Vəzifə və Öhdəliklər:

  • Avadanlıqların, maşınların və qurğuların texniki vəziyyətinə, texniki xidmət qaydalarına uyğun təyin olunmuş vaxtlarda baxışlar keçirmək;

  • Baş verə biləcək qəzaların qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlərin keçirilməsi, planlı təmir işlərini vaxtında həyata keçirmək və sənədləşdirmək;

  • Avadanlıqlarda yaranan nasazlıqları müəyyən etmək və aradan qaldırmaq;

  • İstehsalat prosesində istifadə olunan texniki sənədləri və avadanlıq pasportlarını oxumaq və tətbiq etmək;

  • Enerji daşıyıcılarının (hidravlik, pnevmatik, elektrik) normal fəaliyyətini nəzarətdə saxlamaq;

  • İstehsalat zamanı təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət etmək;

  • İstehsalat rəhbərinə görülən işlər barədə hesabat təqdim etmək.

  • Quru qarışıqlar istehsalı texnologiyasını və avadanlığını bilməli;

  • Təhkim olunmuş avadanlığa TX göstərilməsinin həyata keçirilməsi texnologiyasını bilməli;

  • Avadanlıqların quraşdırılması və sökülməsi üzrə işlərin aparılması texnologiyasını bilməli;

  • Detalların, mexanizmlərin köhnəlməsinin müəyyənləşdirilməsi və ona nəzarət üsullarını bilməli;

  • Təzyiq altında işləyən qabların, tutumların quruluşu və təhlükəsiz istismarı qaydalarını bilməli;

  • Yükqaldırıcı qurğuların quruluşu və təhlükəsiz istismarı qaydalarını bilməli;

  • Təhlükə potensiallı istehsalat qurğularında və obyektlərində odla bağlı işlərin aparılması qaydalarını bilməli;

  • Elektrik qurğularının texniki istismarı qaydalarını və elektrik qurğularının (III qrupdan az olmayan həcmdə) istismarı zamanı əməyin mühafizəsi üzrə sahələrarası qaydaları;  

  • Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi ilə bağlı məsələlərə aid normativ-hüquqi sənədləri, iş təlimatlarını və avadanlığın istismarına dair sənədləri bilməli;

  • Sanitariya norma və qaydalarının onun öz vəzifə öhdəliklərinin icrasına aid hissəsini bilməli; 

  • Öz vəzifələrinin icrasına aid hissədə Şirkət üzrə verilən əmr və sərəncamları, yuxarı orqanların qərar və sərəncamlarını, metodiki, normativ və digər rəhbər tutulan sənədləri bilməli;

  • Şirkətin daxili əmək intizamı qaydalarına riayət etməli;

  •  Ona təhkim olunmuş avadanlığa TX göstərilməsi üzrə istənilən işləri yerinə yetirməyi bacarmalıdır;

  • Qənaət və itkilərin azaldılması üzrə tədbirlərin həyata keçirilməsi;

  • Şirkət üzrə verilən əmr və sərəncamların, iş təlimatlarının, avadanlığın istismarına dair sənədlərin  və SƏTƏMM üzrə təlimatların tələblərinin yerinə yetirilməsi;

  • Avadanlığın, cihazların, alətlərin və ləvazimatların saz və nizam vəziyyətdə saxlanılması və onların təhlükəsiz, texniki cəhətdən düzgün istismarı;

  • İş yerində təhlükəsiz əmək şəraitinin təmin edilməsi və iş təlimatlarının tələblərinin yerinə yetirilməsi;

  • Fərdi mühafizə vasitələrindən (FMV) düzgün istifadəsi;

  • Sanitariya norma və qaydalarının yerinə yetirilməsi;

  • Şirkətin avadanlığının, cihazlarının, alətlərinin, bina və tikililərinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması və təhlükəsiz istismarına nəzarət;

  • Daxili əmək intizamı qaydalarına riayət etmək;

  • Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təsdiqlənmiş təxliyyə planına uyğun hərəkət edilməsi;

  • API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğun sənədlərin tətbiqi;

  • Rəhbərliyin verdiyi digər tapşırıqların icrası.

CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Storm Engineering MMC
Storm Engineering MMC

Oxşar vakansiyalar

Hamısına bax