KB Kapital BankKapital Bank

Mikro Biznes Departamentinin Alternativ Satışlar Şöbəsi üzrə Təcrübə Proqramı

Bakı 1 ay əvvəl yerləşdirilib Mənbə
Satış
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
5 iyun 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Mikro Biznes Departamentinin Alternativ Satışlar Şöbəsi üzrə Təcrübə Proqramı çərçivəsində Mikro Biznes məhsullarının telemarketinq və telesatışını həyata keçirərək ünsiyyət, müştərilərlə iş, satış bacarıqlarını və bank məhsulları biliyini inkişaf etdirmək istəyən təcrübəçilər axtarışındayıq.

+ ' ' +
  • Ali təhsil;
  • Səlis azərbaycan dili (rus dili və ingilis dili arzuolunandır);
  • Microsoft Office proqramları üzrə biliklər;
  • Online satış və mikro satışlar üzrə biliklər arzuolunandır;
  • Məsuliyyətlilik, dəqiqlik və operativlik;
  • Təzyiq altında işləmə qabiliyyəti;
  • Qərar qəbul etmə bacarığı;
  • Kollektivdə işləmə bacarığı;
  • Müştərilərlə ünsiyyət qurma qabiliyyəti.
+ ' ' +

·      İnkişaf imkanları

·      Rəqabətli əmək haqqı və bonuslar

·      Yüksək təminatlı sığorta

·      Dəstəkləyici mühit

·      Visa Premium əmək haqqı kartı

·      Korporativ endirimlər

·      Korporativ tədbirlər

·      Əlavə məzuniyyət

·      Güzəştli təhsil və işçi kredit

+ ' ' +

·      Bankın bazasında olan sahibkar müştərilərə kredit və qeyri-kredit məhsullarının satışı məqsədilə zənglər edir;

·      Bankın bazasında olan sahibkar müştərilərə kredit və qeyri-kredit məhsullarının məsafədən rəsmiləşdirməsini edir;

·      Bankın bazasında olan müştərilərə kredit və qeyri-kredit məhsullarından istifadə qaydalarını izah edir;

·      Banka internet resursları, sosial şəbəkə, sms və ya hər hansı digər vasitə ilə daxil olan müştəri müraciətlərini qəbul edərək əlaqəni təmin edir və onları məlumatlandırır;

·      Zəng etmiş və bank məhsullarından yararlanmaq niyyətini bildirmiş, lakin filiala müraciət etməmiş müştərilərlə yenidən əlaqə yaradır və təkrar görüş təyin edir.

 

Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.

KB Kapital Bank
Kapital Bank
Maliyyə və sığorta fəaliyyəti

Kapital Bank Azərbaycan Əmanət Bankının varisi kimi 140 ildən çox, uğurla fəaliyyət göstərir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Universal bank olan…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et