Mikro kreditlər üzrə qrup rəhbəri (Qaradağ filialı)
2 gün əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Maliyyə
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Təsvir
- Mikro kreditlərə dair prosedurların və daxili normativ sənədlərin icrasına nəzarət edilməsi;
- Mikro kredit məhsullarının satışı prosesinin keyfiyyətli şəkildə təşkil edilməsi və icra olunmasına nəzarət edilməsi;
- Mikro kredit məhsulları üzrə mövcud il üçün təsdiqlənmiş və Bankın büdcə planında nəzərdə tutulmuş satış planlarının həyata keçirilməsinə nəzarət edilməsi;
- Müvafiq Kredit Komitəsinə təqdim olunan mikro kredit sifarişlərinin təhlilində, müzakirələrdə iştirak və öz rəyinin təqdim olunması;
- Filialın mikro kreditlər portfelinin təhlil edilməsi, müvafiq hesabatların hazırlanması və portfelə nəzarət edilməsi;
- Mikro kredit sahəsində çalışan filialdakı qrup əməkdaşlarının işgüzar fəallığının gündəlik qiymətləndirilməsinin aparılması və bununla bağlı hesabatların (həftəlik) hazırlanması;
- Mikro kredit sahəsi üçün təçrübəçilərin hazırlanmasında iştirak;
- Bankın normativ aktları və sərəncam xarakterli sənədlərinə müvafiq olaraq digər funksiyaların yerinə yetirilməsi.
Tələblər
- Ali təhsil;
- Kredit sahəsində 4 ildən çox iş təcrübəsi;
- Təhliletmə bacarığı, idarəetmə qabiliyyəti;
- Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
- Ünsiyyətqurma və komandada işləmək bacarığı.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Tibbi sığorta
- Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
- Professional və maddi inkişaf perspektivləri;
- Peşəkar korporativ mühitdə işləmək imkanı
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
EB 
Express Bank
Maliyyə və sığorta fəaliyyəti
Hazırda mövcud banklar içində ilk kommersiya bankı olan “Expressbank” ASC 21 iyun 1989-cu il tarixində təsis olunmuş və uzun müddət “Azərnəqliyyatbank” adı altında fəaliyyət göstərmişdir. Bank öz…