Mikro və Biznes kreditləri bölməsinin qrup rəhbəri (İsmayıllı filialı)
İş rejimi Tam ştat Təcrübə 1–3 il Kateqoriya Maliyyə
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vakansiyanın təsviri
- Mikro və biznes kreditləri şöbəsinin gündəlik fəaliyyətinə rəhbərlik etmək
- Kredit mütəxəssislərindən ibarət komandanı idarə etmək və motivasiya vermək
- Kredit portfelinin keyfiyyətinə, vaxtında ödənişlərə və risk səviyyəsinə nəzarət etmək
- Satış hədəflərinin icrasını təmin etmək və filial rəhbərliyinə hesabat vermək
- Yeni müştərilərin cəlb edilməsi və mövcud müştərilərlə əlaqələrin gücləndirilməsi
- Kredit siyasətinə və daxili prosedurlara riayət olunmasını təmin etmək
- Komanda üzvlərinin təlim və inkişaf planlarını həyata keçirmək
İş şəraiti:
- İş rejimi: 6/1
- Ünvan: İsmayıllı rayonu
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
Biz təklif edirik:
- Rəqabətədavamlı əmək haqqı və bonus sistemi
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı
- Rahat və dinamik iş mühiti
Xüsusi tələblər
- Ali təhsil (maliyyə, iqtisadiyyat və ya idarəetmə sahəsində)
- Mikro və/və ya biznes kreditləri sahəsində minimum 2 il iş təcrübəsi, o cümlədən idarəetmə vəzifəsində ən azı 1 il təcrübə
- Güclü liderlik, planlaşdırma və qərarvermə bacarığı
- Analitik düşüncə və strateji yanaşma
- Komanda ilə işləmə və motivasiya etmə qabiliyyəti
- MS Office və bank/kredit proqramlarında işləmək bacarığı
Göstərilən tələblərə cavab verən, namizədlərin CV-lərini “İsmayıllı filialı Mikro və Biznes kreditləri bölməsinin qrup rəhbəri” başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.
Müraciət etmək üçün: [email protected]Cİ 
Caspian İnvest