XB
Xalq Bank

“Mingəçevir” filialının Müştəri xidməti şöbəsinin mütəxəssisi

Mingəçevir 2 saat əvvəl yerləşdirilib Mənbə: glorri.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
İş rejimi
Tam ştat
Təcrübə
career-levels.prof
Kateqoriya
Müştəri xidməti

Vəzifə haqqında

Təsvir

  • Müştərilərin müraciətlərini cavablandırmaq, bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
  • Fiziki və hüquqi şəxslərə (banklar istisna olmaqla) mövcud qanunvericiliyə və bankdaxili təlimatlara əsasən bütün növ bank hesablarının açılması, yenidən rəsmiləşdirilməsi və bağlanılması ilə bağlı danışıqları aparır, sənədləri qəbul edir, yoxlayır və müvafiq hesablar açır;
  • Hüquqi şəxs hesabları üzrə əməliyyatlar aparmaq;
  • Hüquqi şəxslərin xarici köçürmələrini bankdaxili prosedurlara uyğun icra etmək;
  • Korporativ müştərilərə bankın məhsul və xidmətləri barədə məlumat vermək/xidmət göstərmək;
  • Kredit müraciətlərinin qəbulu və analizi;
  • Bankın kredit əməliyyatlarının müvafiq qanunvericilik və normativ aktlara uyğun olaraq aparılmasına nəzarət edilməsi;
  • Kredit sənədlərinin tərtibi;
  • Kredit portfelinə nəzarət və idarə etmək;
  • Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.

Tələblər

•       Maliyyə, İqtisadiyyat, Menecment və Hüquq sahəsində ali təhsil (və ya ona bərabər tutulan təhsil səviyyəsi);

•       Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);

•       Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;

•       Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;

•       Yenilikləri intensiv və dərindən mənimsəmə bacarığı;

•       Problemli kreditlərin həlli istiqamətində bilik və bacarığının olması;

•       Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;

•       Riyazi hesablama aparmaq qabiliyyəti;

•       Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;

•       İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

•       Kompüter bilikləri.

Oxşar vakansiyalar