Smart ControlSmart Control

Montajçı

Bakı 2 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat Mühəndislik
Aylıq maaş
₼750 – 800
Son müraciət tarixi
11 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

  1. Şirkətin xidmət müqaviləsi çərçivəsində idarə etdiyi binalarda aşağıdakı avadanlıq və sistemlərin fiziki servis və texniki baxımını icra etmək: – Elektromexaniki qapı kilidləri, elektromaqnit kilidlər – Turniketlər, şlaqbaumlar və avtomatik baryerlər – Liftlərin giriş-çıxış düymələri, çağırış panelləri – Domofon sistemləri (audio və video) – IP kameralar, DVR/NVR qeydiyyat cihazları – Çıxış düymələri (exit button), kart oxuyucular, biometrik oxuyucular – Zəif cərəyan kabelləşməsi (UTP, koaksial, enerji kabelləri)
  2. Bina menecerlərinin və sakinlərin yaratdığı sorğu və şikayətlərə operativ reaksiya vermək, problemləri yerində aradan qaldırmaq və ya zəruri hallarda yuxarı instansiyaya (texniki rəhbərə) məlumat vermək.
  3. Mənzillərdə və ümumi sahələrdə domofon sisteminin kabelləşməsinə nəzarət etmək, nasaz kabelləri aşkar edib təmir/əvəzləmə işlərini yerinə yetirmək.
  4. Yeni quraşdırılmış domofon, kamera və giriş-çıxış sistemlərinin fiziki quraşdırılmasına dəstək vermək (kabel çəkilişi, cihaz montajı, test etmə).
  5. Avadanlıqların profilaktik baxışını aparmaq, potensial nasazlıqları əvvəlcədən aşkar etmək və qarşısını almaq.
  6. Hər ziyarətdən sonra xidmət aktı (sənəd və ya mobil tətbiqdə) doldurmaq, görülən işləri, istifadə olunan ehtiyat hissələrini qeyd etmək.
  7. Anbarda olan ehtiyat hissələrinin (kabel, konnektor, güc mənbəyi, rele və s.) sərfiyyatına nəzarət etmək, çatışmazlıq olduqda vaxtında məlumat vermək.
  8. İş zamanı təhlükəsizlik qaydalarına (elektrik təhlükəsizliyi, hündürlükdə iş qaydaları) ciddi riayət etmək, şəxsi mühafizə vasitələrindən istifadə etmək.
  9. Şirkətin verdiyi avtomobil, alət və avadanlıqlara qayğı ilə yanaşmaq, onların saz vəziyyətdə saxlanmasına cavabdeh olmaq.
  10. Gerekli hallarda qonşu sahə əməkdaşları ilə əməkdaşlıq edərək böyük həcmli işləri birlikdə icra etmək.
  11. Rəhbərliyin əlavə tapşırıqlarını (məsələn: yeni obyektə baxış, inventarlaşdırma, təlimlərdə iştirak) vaxtında və keyfiyyətli yerinə yetirmək.
Smart Control
Smart Control

Oxşar vakansiyalar

Hamısına bax