SGC STP Global CableSTP Global Cable

Müfəttiş

2 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat 3–5 il İnsan resursları
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vakansiyanın təsviri

  • Müəssisədə SƏTƏM tələblərinə, daxili prosedurlara və ISO 45001, ISO 14001 standartlarının tələblərinə əməl olunmasına nəzarət etmək;
  • İstehsalat, anbar və yardımçı sahələrdə planlı və növbədənkənar SƏTƏM yoxlamaları aparmaq, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək;
  • Təhlükə və risklərin müəyyən edilməsi, risk qiymətləndirilməsinin aparılması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsində iştirak etmək;
  • Qəza, insident və təhlükəli halların araşdırılmasında, səbəblərinin təhlilində və qabaqlayıcı tədbirlərin hazırlanmasında iştirak etmək;
  • İşçilərin SƏTƏM üzrə təlimatlandırılması, FMV-lərdən düzgün istifadə, yanğın təhlükəsizliyi və fövqəladə hallar üzrə maarifləndirmə işlərini həyata keçirmək;
  • Fövqəladə hallara hazırlıq, təxliyə planları və praktiki təlimlərin təşkilində iştirak etmək;
  • Ətraf mühitin mühafizəsi, tullantıların idarə olunması və ekoloji tələblərə əməl olunmasına nəzarət etmək
  • Əmək, sənaye təhlükəsizliyi və ətraf mühit üzrə normativ-hüquqi tələblərə uyğunluğun təmin edilməsində, həmçinin dövlət qurumlarının yoxlamaları üçün sənədlərin hazırlanmasında iştirak etmək;
  • SƏTƏM üzrə hesabatların, aktların, risk qiymətləndirilməsi sənədlərinin, təlim protokollarının və digər aidiyyəti sənədlərin hazırlanmasını, qeydiyyatını və arxivləşdirilməsini həyata keçirmək

Xüsusi tələblər

  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
  • İstehsalat müəssisələrində SƏTƏM sahəsi üzrə minimum 3–4 il iş təcrübəsi tələb olunur;
  • İşgüzar və məsuliyyətli olmalıdır

Müraciət üçün (CV): https://www.stpcareer.com/vakansiya-haqqinda/341
SGC STP Global Cable
STP Global Cable

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et