G GESCOGESCO

Mühafizə şirkətində mühafizəçi işi

7 saat əvvəl yerləşdirilib Mənbə
Mühafizə
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
16 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

“GESCO” ASC - mühafizə xidmətinin təşkili sahəsində zəngin fəaliyyət təcrübəsi və öz işinin peşəkarı olan heyətlə, müxtəlif sahələri təmsil edən bir çox tərəfdaş, qurum və şirkətlərlə əməkdaşlıq edir.

"GESCO" ASC Sizi etibarlı və güvənilir əməkdaş kimi “mühafizəçi” vakansiyası üzrə sıralarına qoşulmağa dəvət edir.

  • Əmək haqqı: 550-650 azn

Vəzifə öhdəlikləri:

  • Obyektin təhlükəsizliyini təmin etmək;

  • Giriş-çıxışa nəzarət etmək;

  • Növbə zamanı ərazini müşahidə etmək;

  • Təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;

  • Fövqəladə hallarda operativ tədbirlər görmək və rəhbərliyi məlumatlandırmaq.

Tələblər:

  • Yaş: 20–50;

  • Boyu 165 və daha yuxarı;

  • Fiziki cəhətdən sağlam və çevik olmaq;

  • Məsuliyyətli, intizamlı və diqqətli olmaq;

  • Mühafizə sahəsində təcrübə arzuolunandır;

  • Azərbaycan dillində sərbəst yazmaq, oxumaq və danışmağı bilməsi vacibdir;

  • Həqiqi hərbi xidmət keçməsi vacibdir;

  • Məhkumluq barədə arayış təqdim edilməsi tələb olunur;

  • Sağlamlıq dərəcəsi: Tibbi arayış əsasında;

  • Vətəndaşlıq: Azərbaycan Respublikasının vətəndaşı

İş qrafiki:

  • Növbəli iş rejimi;

  • Vakansiya üzrə iş rejimi növbəlidir və istirahət vaxtı qrafikə uyğun şəkildə tənzimlənir.

İş şəraiti:

  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun iş şəraiti.

  • İş yeri layihəyə əsasən təyin olunur.

  • İş rejimi –növbəli

  • İstirahət vaxtı- qrafikə uyğun şəkildə tənzimlənir

Əlaqə vasitələri: Zəng və whatsap: 0552068789

Email: [email protected]

“GESCO” ASC ilə uzunmüddətli əməkdaşlıq edərək, gələcək inkişaf karyerasını bu istiqamətdə davam etdirmək istəyən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Mühafizəçi” yazaraq göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar

Hamısına bax
Zəng et