Baku Marriott Boulevard Hotel Mühafizəçi
Vəzifə haqqında
Təsvir
· Təhlükəsizlik şöbəsinin işçiləri və rəhbərliyə məlumat verilməsi üçün qeydiyyat jurnalında təhlükəsizliklə bağlı bütün hadisələri qeyd etmək.
· Vestibüllər, dəhlizlər, qonaq otaqları və ictimai ərazilərdə keşik çəkmək, xidmət apardığı post üzrə vəzifə təlimatını dərindən bilmək və postun vəzifə tələblərini dəqiq yerinə yetirmək.
· Patrul xidmətində iştirak etmək, nöqsan və problemləri aşkar etmək, eyni zamanda heç bir yanğın, təhlükəsiz şəraitlər və / yaxud çatışmayan, ya da işləməyən təhlükəsizlik avadanlıqlarının olmadığına əmin olmaq.
· Postu nəzarətsiz buraxmamaq, yatmamaq.ş siqaret çəkməmək və digər diqqətyayındırıcı (mobil telefon, oyun və s.) işlərə aludə olmamaq.
· Kömək üçün hər hansı çağırışlarda iştirak etmək.
· Açarların verilməsi ilə bağlı Hotel siyasət və prosedurlarına hər zaman riayət olunmasını təmin etmək.
· Bütün qonaqlar, o cümlədən təchizatçılar, podratçılar, yarım-ştat işçilər, əməkdaşlar və s. tərəfindən təhlükəsizlik vəsiqələrinin verilməsi ilə əlaqəli Hotelin siyasət və prosedurlarına riayət olunduğunu təmin etmək.
· İşçilərin giriş qapısı, nəzarət otağı, gözətçi otağı, əsas giriş, eləcə də Hotelin avtomobil yolu kimi təyin edilmiş postlar üçün tapşırıqlar və öhdəliklərin hər zaman peşəkar səviyyədə yerinə yetirilməsini təmin etmək.
· Fövqəladə vəziyyətlərdə təyin edilmiş tapşırıqlara köməklik göstərmək.
· Hoteldə yanğın zamanı və təxliyə prosesində təyin edilmiş öhdəlikləri yerinə yetirməyə kömək etmək.
· Təxliyə çıxışlarının hər zaman maneəsiz olduğunu təmin etmək.
· Hər hansı şübhəli şəxs olduqda, ona (nəzakətlə və etik qaydada) müvafiq suallar vermək; sorğu olunan şəxsin qənaətbəxş cavab vermədiyi təqdirdə, həmin şəxsin içəri daxil olmasına icazə verməmək; hər hansı problem yarandıqda, dərhal kömək üçün müraciət etmək.
· Hotelin planına daxil olan hər bir element, o cümlədən suçiləmə sistemi, tüstü detektorları, yanğınla mübarizə avadanlıqları, qəza çıxışları, yanğına nəzarət otağı, yanğın indikatoru panelləri, qəza təxliyəsi, ümumi məlumatlandırma sistemləri (radioqovşaq), Hoteldən kənarda yerləşən fövqəladə toplantı ərazisi, yanğın / bomba təhlükəsi və təhlükəsizlik prosedurları, Hotelin xidməti liftləri və təcili tibbi yardım avadanlıqlarının yerləri və iş funksiyaları haqqında məlumatlı olmaq.
· Hotel əmlakkının ərazidən icazəsiz çıxalmasına yol verməmək, prosedur çərçivəsində sənəsləşmənin mövcudluğuna əmin olmaq.
Texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə öhdəliklər:
· TTƏM siyasətləri və proseduralarından xəbərdar olmaq və bütün proseduraların təhlükəsiz və TTƏM prinsipləri çərçivəsində keçirilməsini təmin etmək.
· Ehtiyatlılığa riayət etmə öhdəliyindən xəbərdar olmaq və texniki təhlükəsizlik və əməyin mühafizəsi qanunvericiliyinə, siyasətlərinə və proseduralarına riayət etmək.
· Əmlak təhlükəsizliyi, ilkin yardım və yanğın və fövqəladə hal proseduraları ilə tanış olmaq və avadanlığın təhlükəsiz və düşüncəli tərzdə istismar etmək.
· Təhlükəli vəziyyətin aradan qaldırılması üçün tədbir görmək və supervayzerlərə/nəzarətçilərə potensial təhlükələr haqqında məlumat vermək.
Tələblər
· Vaxtında işdə olmaq və gecikməyə yol verməmək.
· Hər zaman müvafiq uniformanın geyilməsi və fərdi ad nişanının taxılması kimi öhdəlikləri yerinə yetirmək.
· Xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartları təmin etmək və otelin, habelə şöbənin şəxsi qulluq standartlarına riayət etmək.
· Həmkarlar və bütün digər şöbələrlə normal iş münasibətlərini qoruyub saxlamaq.
· Otelin müəyyən edilmiş daxili qayda və təlimatları, xüsusən də yanğınsöndürmə, gigiyena, sağlamlıq və texniki təhlükəsizliklə bağlı siyasət və prosedurlarını başa düşmək və onlara ciddi riayət etmək.
· Otelin ehtiyaclarına müvafiq olaraq tələb olunduqda, şöbədə hər hansı dəyişikliklərə reaksiya vermək.
· Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək.
· Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək.
· Rəqib otellərin və digər təşkilatların müvafiq nümayəndələri ilə qurulmuş güclü, işgüzar əlaqələri qoruyub saxlamaq.
· Texniki funksiyalarla əlaqədar sektor, şirkət və otel tərəfindən müəyyən edilmiş dəyişikliklərə reaksiya vermək.
· İşçilər üçün hazırlanmış məlumat kitabçasını oxumaq, və otelin qayda və prosedurları, xüsusilə də yanğın, gigiyena, səhiyyə və təhlükəsizliklə əlaqədar siyasətləri və prosedurları haqqında tam anlayışa malik olmaq və onlara əməl etmək.

Welcome to Baku Marriott Hotel Boulevard, your premier family-friendly seaside retreat located in the heart of Baku's White City district. Our Baku hotel is 5-star, offering all the luxury amenities…