ADY
Azərbaycan Dəmir Yolları

Mühasib (İnfrastruktur Departamenti)

Bakı 2 saat əvvəl yerləşdirilib Mənbə: glorri.az ↗
Aylıq maaş
Maaş razılaşma yolu ilə
Müraciət et
İş rejimi
Tam ştat
Kateqoriya
Maliyyə

Vəzifə haqqında

Təsvir

  • Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirmək;
  • Əsas vəsaitlərin uçotunu aparmaq, mədaxili, yerdəyişməsi və silinməsini sənədləşdirmək;
  • İnventarizasiyanın aparılmasında və sənədləşdirilməsində iştirak etmək;
  • Mühasibatlıq sənədlərinin 1C mühasib proqramına daxil etmək;
  • Hesabatın hazırlanması üçün tabeli təşkilatlardan məlumatı toplamaq və təhlil etmək;
  • Ezamiyyətə gedən işçilərin gündəlik və kommunal xərclərinin ödənilməsi üçün ezamiyyə vərəqələrinə uyğun hesabatı işçilərdən qəbul etmək və nəzarəti həyata keçirmək;
  • Departamentin anbarı üzrə mal-materialların uçotunu aparmaq, sahələr üzrə mal-material hesabatların qəbul etmək və yoxlamaq;
  • Materialların, yanacağın, pul vəsaitlərinin sərf olunmasının düzgünlüyünə nəzarət etmək.

Tələblər

  • Təhsil: Müvafiq sahə üzrə ali təhsil;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi arzu olunandır;
  • Azərbaycan Respublikasının Mühasibat uçotu haqqında qanunu və digər qanunvericilik aktları
  • Mühasibat hesabının metod və formaları, uçot və hesabatı; 
  • Hesabatların plan və korrespondensiyası;
  • Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkili;
  • Sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydaları;
  • Hesablama texnikasının istismarı qaydaları;
  • Diqqətlilik, analiktik düşüncə və peşəkar ehtiyatlılıq bacarıqları;
  • Kompüter biliyi: Microsoft Office və 1C proqramlarında sərbəst işləmək;
  • Dil biliyi: İngilis və ya Rus dili bilikləri üstünlükdür.

Oxşar vakansiyalar

: