RH Resant HotelsResant Hotels

Mühasib (Maliyyə Departamenti)

16 saat əvvəl yerləşdirilib Mənbə
Maliyyə
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
15 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Əsas vəzifə öhdəlikləri:

  • Mühasibat uçotunun aparılması və gündəlik əməliyyatların işlənməsi
  • Vergi, DSMF, Statistika və digər rəsmi hesabatların hazırlanması və təqdim edilməsi
  • Aylıq, rüblük və illik vergi hesabatlarının və arayışların hazırlanması, bu hesabatların vəziyyətinin izlənilməsi, daxil olan kameral uyğunsuzluq məktublarının və sorğuların cavablandırılması, zəruri hallarda vergi orqanlarında təmsilçilik
  • Vergi ödəyicilərinin dövriyyələrinin izlənilməsi, xüsusilə ƏDV dövriyyəsinə nəzarət edilməsi;
  • Vergilərin düzgün və vaxtında ödənilməsinə nəzarət edilməsi;
  • Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqələri və digər ödənişlərin hesablanması
  • Rəhbərliyə maliyyə hesabatlarının təqdim olunması

Tələblər:

  • Ali təhsil (Mühasibatlıq, Maliyyə və ya İqtisadiyyat sahəsində)
  • Yaş həddi: 23 - 40 yaş
  • Mühasibatlıq sahəsində minimum 2-4 il iş təcrübəsi
  • Vergi Məcəlləsi və əmək qanunvericiliyi üzrə biliklər
  • MS Office proqramlarını və 1C mühasibat proqramını sərbəst istifadə bacarığı
  • Dəqiqlik, məsuliyyət və analitik düşüncə qabiliyyəti

İş şərtləri:

  • İş qrafiki: İş qrafiki: 5 günlük.
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək

Maraqlanan namizədlər mövzu yerində “Mühasib” yazmaqla öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

RH Resant Hotels
Resant Hotels
Mehmanxana və ictimai iaşə xidmətləri

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et