SCStep Consulting LLC

Mühasibatlıq üzrə Təlimçi

14 saat əvvəl yerləşdirilib Mənbə: jobsearch.az ↗
Təhsil
Aylıq maaş
₼700+
Son müraciət tarixi
28 iyul 2026

Vəzifə haqqında

Əsas öhdəliklər:

  • Mühasibat uçotunun əsas prinsipləri və ilkin mühasibat sənədlərinin hazırlanması üzrə təlimlərin keçirilməsi;
  • Nağd və qeyri-nağd əməliyyatların uçotu, bank və kassa əməliyyatlarının aparılması qaydalarının praktiki şəkildə tədris edilməsi;
  • Mühasibat proqramlarında (1C, Logo, Mikro və s.) praktiki məşğələlərin təşkili və proqramlardan istifadə bacarıqlarının formalaşdırılması;
  • Vergi qanunvericiliyi, DSMF öhdəlikləri və digər maliyyə-hüquqi prosedurlar üzrə nəzəri və praktiki biliklərin tədris edilməsi;
  • Mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsi, arxivləşdirilməsi və hesabatlılıq proseslərinin izah edilməsi;
  • Real mühasibat case-ləri və praktiki tapşırıqlar əsasında interaktiv təlimlərin təşkili;
  • Müdavimlərin peşəkar bacarıqlarının inkişaf etdirilməsi və real iş mühitinə uyğun praktik portfoliolarının formalaşdırılmasına dəstək göstərilməsi;
  • Tədris proqramlarının və təlim materiallarının hazırlanması, mütəmadi yenilənməsi və təkmilləşdirilməsi;
  • Təlim iştirakçılarının bilik və bacarıqlarının qiymətləndirilməsi, inkişaf istiqamətlərinin müəyyən edilməsi və müvafiq rəyin verilməsi;
  • Təlim prosesinə dair hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.

Kvalifikasiya tələbləri:

  • Təhsili: Ali təhsil (Mühasibatlıq, Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
  • İş təcrübəsi: Mühasibatlıq sahəsində minimum 3–5 il iş təcrübəsi, Baş Mühasib kimi iş təcrübəsinin olması üstünlükdür;
  • Təlimçilik təcrübəsinin olması üstünlük hesab edilir;
  • ACCA, PMS, DipIFR və digər peşəkar maliyyə sertifikatlarının olması üstünlükdür.

Tələb olunan bilik və bacarıqlar:

  • Mühasibat uçotu və maliyyə hesabatlılığı üzrə dərin biliklər;
  • Vergi qanunvericiliyi və DSMF əməliyyatları üzrə praktiki biliklər;
  • İlkin mühasibat sənədlərinin hazırlanması və uçotunun aparılması bacarığı;
  • 1C, Logo, Mikro və digər mühasibat proqramlarında işləmək bacarığı;
  • Təlim proqramlarının hazırlanması və effektiv təqdimat bacarığı;
  • Güclü ünsiyyət, izah etmə və auditoriyanı idarəetmə bacarığı;
  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • Microsoft Office proqramlarında, xüsusilə Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
  • Məsuliyyətli, dəqiq və nəticəyönümlü yanaşma.

Təklif edirik:

  • Əmək haqqı: 700 – 800 AZN; (1 qrup üçün) 
  • Həftədə 5 gün, gündə 3 saat iş qrafiki;
  • Peşəkar inkişaf və təlim layihələrində iştirak imkanı;
  • Müasir və rahat iş mühiti;
  • Gənc və peşəkar komanda ilə işləmək imkanı;
  • Uzunmüddətli əməkdaşlıq perspektivi.

Tələblərə cavab verən namizədlər CV-lərini "Mühasibatlıq üzrə Təlimçi" mövzu başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

SC
Step Consulting LLC

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et