A
Aylıq maaş
₼1,000 – 1,300
- İş rejimi
- Tam ştat
- Kateqoriya
- İnformasiya texnologiyaları
Vəzifə haqqında
- İstehsalat proseslərinə uyğun texniki layihələrin hazırlanmasını və proqramlaşdırılmasını həyata keçirmək;
- SolidWorks, SolidCAM və oxşar CAD/CAM proqramlarında detal, qəlib və mexaniki hissələrin 2D və 3D modellərini hazırlamaq;
- CNC dəzgahları üçün emal proqramlarının hazırlanmasını və optimallaşdırılmasını təmin etmək;
- Frez, torna və digər istehsalat avadanlıqları üçün CAM əməliyyatlarını qurmaq və emal strategiyalarını hazırlamaq;
- Texniki çertyojların, ölçülərin və istehsalat sənədlərinin hazırlanmasını təmin etmək;
- İstehsalat zamanı yaranan texniki problemləri analiz etmək və proqram təminatı üzərindən həll yolları təqdim etmək;
- Qəlib, metal hissə və mexaniki konstruksiyaların istehsalata uyğunluğunu yoxlamaq və optimallaşdırmaq;
- CNC operatorları və istehsalat şöbəsi ilə koordinasiyalı işləyərək proqramların düzgün icrasını təmin etmək;
- İstehsalat səmərəliliyinin artırılması və material itkisini azaltmaq məqsədilə texniki təkmilləşdirmələr təklif etmək;
- İstehsalat avadanlıqlarının və proqram təminatlarının texniki sazlığını nəzarətdə saxlamaq;
- Yeni texnologiyaların və istehsalat proqramlarının tətbiqi ilə bağlı araşdırmalar aparmaq;
- Hazırlanmış layihələr və proqramlar üzrə texniki hesabatlar təqdim etmək
Tələblər
- Mexanika, maşınqayırma, istehsalat mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
- SolidWorks, SolidCAM və oxşar CAD/CAM proqramlarında işləmək bacarığı;
- CNC proqramlaşdırılması və istehsalat prosesləri üzrə biliklər;
- Texniki çertyojları oxuma və hazırlamaq bacarığı;
- Metal emalı və istehsalat texnologiyaları üzrə biliklər;
- Analitik düşünmə və texniki problemləri həll etmə bacarığı;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi.
İş şərtləri
- İş qrafiki: 5 iş günü (08:00 – 17:00)
- Əmək haqqı: 1,000 – 1,300 AZN (təcrübə və bacarıqlara uyğun olaraq dəyişə bilər)
İş yeri: Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsi
Mail: [email protected]
Əlaqə nömrəsi: 050-231-12-06 HR
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!