FCQ Ferrum Capital QSCFerrum Capital QSC

Müştəri Məmnuniyyəti üzrə kiçik mütəxəssis

Bakı 1 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat Müştəri xidməti
Aylıq maaş
₼400 – 600
Son müraciət tarixi
19 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Müştəri məmnuniyyəti bölməsində Müştəri məmnuniyyəti üzrə kiçik mütəxəssis vakansiyasını elan edir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Hansı özəlliklərə malik olmalıdır?

  • Ali təhsil
  • 21-29 yaş aralığında gənclər
  • Yüksək səviyyədə azərbaycan, rus dili
  • Səlis və aydın nitq qabiliyyəti
  • Çevik qərarvermə və problem həlletmə
  • Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı

Müştəri məmnuniyyəti üzrə kiçik mütəxəssis nə iş görür?

  • Müştəri məmnuniyyəti ilə bağlı müştərilərə zənglərin edilməsi;
  • Göstərilən xidmət və ya təqdim olunan məhsul haqqında müştərilərin rəy, təklif və şikayətlərini toplamaq və sistemdə qeydiyyata almaq;
  • Müştərilərin problemlərinin araşdırılması və müvafiq tədbirlərin görülməsi;
  • Rəhbərlik tərəfindən verilən və vəzifə öhdəliklərinə uyğun digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

Əlavə məlumat

  • 5 günlük iş qrafiki: 09:00 – 18:00
  • Əmək haqqı: 400 AZN (Gross) + Bonus

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Müştəri məmnuniyyəti üzrə kiçik mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Daha çox Xidmət vakansiyaları üçün www.isbu.az saytına keçid edin.

FCQ Ferrum Capital QSC
Ferrum Capital QSC
Maliyyə və sığorta fəaliyyəti

Ferrum Capital 2017-ci ildə yerli və xarici şirkətlərə maliyyə dəstəyi göstərmək məqsədiylə yaradılmışdır. Şirkətimizin əsas missiyası Azərbaycanın ilk müstəqil faktorinq şirkəti olaraq kiçik və orta…

Oxşar vakansiyalar

Hamısına bax