ASE Express Logistics Müştəri xidmətləri üzrə koordinator (xanım)
Vəzifə haqqında
ASE Asiya Afrika Hızlı Karqo ve Dağıtım MMC-dən vakansiya: Müştəri xidmətləri üzrə koordinator tələb olunur
Vəzifə öhdəlikləri:
– Daxil olan zənglərin qəbulu, müştərilərin sorğularına yazılı və şifahi şəkildə dolğun, dəqiq məlumatların verilməsi.
– Xarici partnyorlar və agentlərlə daimi olaraq e-mail vasitəsilə yazışmaların aparılması, zəruri məlumatların alınması.
– Yaranan problemlərin və narazılıqların dərhal, operativ şəkildə həll edilməsi.
– Sifarişlərin vaxtında çatdırılması üçün kuryer və anbar heyəti ilə sıx və operativ əlaqənin qurulması.
– Müştərilərə mövcud olan əlavə xidmətlər barədə məlumatın verilməsi.
– Rəhbərlik tərəfindən verilən digər aidiyyəti tapşırıqların icrası.
Namizədlərə tələblər:
– Təhsil: Orta
– İş təcrübəsi: Müştəri xidmətləri və ya çağrı mərkəzi sahəsində minimum 6 ay – 1 il iş təcrübəsi mütləqdir
– Cins: Xanım namizədlər
– Dil Bilikləri: Azərbaycan və Rus dilləri – Səlis (mütləqdir) İngilis dili – Orta səviyyə (Yazışma/e-mail vacibdir)
– Kompüter Bilikləri: MS Office (xüsusilə Excel və Word) proqramlarından yaxşı səviyyədə istifadə bacarığı.
– Şəxsi Keyfiyyətlər: Yüksək ünsiyyət və izahetmə qabiliyyəti, təmkinli, stressə davamlı və emosiyaları idarəetmə bacarığı.
İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: Növbəli, 09:00-dan 19:30-kimi və 10:00-dan 19:00-kimi
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 775 manat təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Müştəri xidmətləri üzrə koordinator” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
