Müştərilərlə iş üzrə mütəxəssis
20 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Müştəri xidməti
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vəzifə funksiyaları:
- Bütün daxil olan sorğuların qeyd etmək və cavablandırmaq;
- Ofisə daxil olan zənglərin cavablandırılması və müştərilərə lazım olan ilkin məlumatın verilməsi, təyinatı üzrə istiqamətləndirilməsi ;
- Müştərini tanıdıcı materiallarla (kataloq, broşur, buklet, video) ətraflı şəkildə məlumatlandırmaq və obyektin faydalı cəhətlərini aydın, dəqiq və müştəridə əlavə maraq doğuran tərzdə təşviq etmək;
- Müştəri məmnuniyyətinə daima önəm vermək və işində rəhbər tutmaq;
- Müştərini mülayim, xoş tərzdə və inamlı şəkildə qarşılamaq və qəbul etmək;
- Müştərilərin narazılıqlarını operativ şəkildə araşdırmaq və müzakirələrin müvafiq yerlərində potensial həll yolları təklif etmək;
- Müştərilərin ehtiyaclarını müəyyən etmək və ehtiyacına cavab verən ən uyğun satış obyektlərini təklif etmək;
- Müştərinin istəyinə əsasən ziyarətə hazır olan satış obyektləri ilə müştərini canlı tanış etmək;
- Qəbul edilən və məlumat verilən bütün müştərilərin qeydiyyatını aparmaq və satış proseduruna əsasən təqib etmək;
Vəzifəyə olan tələblər:
- Ali təhsil;
- Azərbaycan dilində səlis danışıq qabiliyyəti (rus və ingilis dili arzuolunandır);
- MS Office (Excel, Word, PowerPoint) proqramlarında sərbəst işləmək bacarığı;
- Ofis avadanlıqları ilə tam sərbəst işləmək bacarığı (printer, scan);
- Komanda ilə kommunikasiyanı yüksək səviyyədə qurmaq;
- İşgüzar münasibət etikası;
- İşində səliqəli, məsuliyyətli və dəqiq olmaq
İş Şəraiti:
- İş qrafiki: 6/1, 10:00-19:00
- Nahar şirkət tərəfindən təmin edilir
- Korporativ balans (bakcell)
- Əmək haqqı: 1200-1500 AZN (NET)
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “ Müştərilərlə iş üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
AC 
Avant Construction
Tikinti