İTV İctimai Televiziya və Radio Yayımları Şirkətiİctimai Televiziya və Radio Yayımları Şirkəti

Müxbir

Bakı 1 ay əvvəl yerləşdirilib Mənbə
Tam ştat İnsan resursları
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Təsvir

  • Qanunvericiliyin və redaksiyanın müəyyən etdiyi iş qrafiki ilə çalışmaq;
  • Redaksiyanın verdiyi tapşırıqları vaxtında və keyfiyyətli formada yerinə yetirmək;

-“kadrın” hazırlanması (tapşırılmış mövzu üzrə mətn hazırlanması, videonun yığılması və yoxlanılması üçün redaktora və texniki nəzarət üzrə redaktora təqdim edilməsi);

-“kadr+sinxronun” hazırlanması (tapşırılmış mövzu üzrə sinxronun hazırlanması, videonun yığılması və yoxlanılması üçün redaktora və texniki nəzarət üzrə redaktora təqdim edilməsi);

-video materialın hazırlanması (məzmuna uyğun olaraq montajçı və qrafistlə birlikdə mətnin müasir vasitələrlə (xəritə, infodiaqram və digər qrafik həllər) təmin edilməsinə məsuliyyət daşıyır);

  • Müxbir mətnin və video montajın keyfiyyətli şəkildə hazırlanmasına məsuliyyət daşıyır;

-çəkilişdə olduğu məkandan efirə və sosial şəbəkəyə canlı bağlantıların edilməsi;

  • İTV-nin efirində yayımlanmamış xam materialın paylaşılması və üçüncü şəxslərə ötürülməsi qadağandır. Eyni zamanda müxbir sosial şəbəkədə işıqlandırdığı mövzular üzrə paylaşım etmək istəyirsə yalnız İTV-nin loqotipi ilə efirə verilən və ya şirkətin sosial şəbəkədəki rəsmi səhifələrində yerləşdirilmiş videokadrlardan istifadə edə bilər.
  • Gündəmə və çalışdığı struktur bölməsinin fəaliyyət istiqamətinə uyğun olan mövzular təklif etmək.


Tələblər

  • Müxbir qismində 6 ay və yaxud müvafiq sahədə daha çox iş təcrübəsi;
  • Müxbir üçün nəzərdə tutulmuş geyim qaydasına uyğun geyinmək;
  • Adobe Premier proqramında işləmə bacarığı;
  • Kamera qarşısında işləməyi bacarmalı;
  • Geniş araşdırma bacarığına sahib olmalı;
  • Ünsiyyət bacarıqlarına malik olmalı;
  • Azərbaycan dilində mükəmməl özünü ifadə etməyi bacarmalı;
  • Tələffüzün düzgün olması;
  • Danışıqlar aparmaq bacarığı.
İTV İctimai Televiziya və Radio Yayımları Şirkəti
İctimai Televiziya və Radio Yayımları Şirkəti

İctimai Televiziya və Radio Yayımları Şirkətinin əsas məqsədi Azərbaycan Respublikası əhalisinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarını təmin etməyə, söz və…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et