ATB Bank Naxçıvan filialında kassir
İş rejimi Tam ştat Təcrübə 3–5 il Kateqoriya Maliyyə
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Təsvir
- Hüquqi və fiziki şəxslərə qüvvədə olan qanunvericilik və müvafiq normativ hüquqi aktlar çərçivəsində məxfilik və təhlükəsizlik tələblərinə riayət olunmaqla yüksək səviyyəli bank xidmətlərinin göstərilməsi: nağd pul və digər qiymətlilərin qəbul edilməsi və verilməsi işini həyata keçirmək;
- Bankın ATM-lərinə, ödəniş terminallarına və müştərilərinə inkassasiya xidmətinin göstərilməsində iştrak etmək;
- Valyuta mübadiləsi işini həyata keçirmək və həmçinin BƏS-də valyuta mübadiləsi və mədaxil-məxaric əməliyyatlarını avtorizasiya etmək;
- Azərbaycan Respublikası Mərkəzi Bankının və bankdaxili qaydaları rəhbər tutaraq dövriyyədən yararsız nağd pul və qiymətlilərin çıxarılması və ya dəyişdirilməsi məqsədi ilə onları mədaxil və məxaric etmək;
- Kassa sənədləşmə işlərinin təmin ediməsi;
- Vəzifəsindən irəli gələn digər müvafiq öhdəlikləri yerinə yetirmək.
Tələblər
- Ali təhsil;
- Bankda müvafiq sahə üzrə təcrübə;
- Azərbaycan dilini mükəmməl bilməsi (xarici dil biliyi arzuolunandır);
- Kompüter proqramlarında işləmək qabiliyyəti (Microsoft Office);
- Vahid komandada işləmək qabiliyyəti;
- Analitik düşüncə, təşəbbüskarlıq;
- Müştəri yönümlülük və ünsiyyət bacarığı.
Bu vakansiya digər saytlarda da var
Ishly bütün vakansiyaları bir yerə toplayır — hər saytı ayrıca yoxlamağa ehtiyac yoxdur.
AB 

ATB Bank
Öz gücünüzə inanırsınızsa, inkişafa iddialı və əməksevərsinizsə, Sizi komandamızda görməkdən məmnun olarıq! “Azər-Türk Bank” ASC 25 may 1995-ci ildə təsis edilmiş, Azərbaycan Respublikası Mərkəzi…