N1 Çörək ZavoduN1 Çörək Zavodu

Növbə rəisi

21 saat əvvəl yerləşdirilib Mənbə
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
1 avqust 2026

Vəzifə haqqında

İş Yeri: N1 Çörək Zavodu (Ukrayna dairəsi yaxınlığı)

Tələblər:

  • Təhsil: Texniki
  • Yaş həddi:25-45 yaş
  • Cinsi: Kişi
  • Komanda ilə işləmə bacarıqları. 
  • Məsuliyyətlilik
  • Çeviklik
  • Fiziki cəhətdən sağlam
  • İş təcrübəsi: Minimum  3 il

Vəzifə öhdəlikləri

  • İstehsal planına uyğun olaraq növbə ərzində çörək istehsalını təşkil və idarə etmək.
  • İstehsal sahəsində çalışan işçilər arasında iş bölgüsünü aparmaq və onların fəaliyyətinə nəzarət etmək.
  • Texnoloji proseslərin (xəmirin hazırlanması, mayalanma, formalaşdırma, bişirmə və qablaşdırma) texnoloji təlimatlara uyğun yerinə yetirilməsini təmin etmək.
  • Məhsulun keyfiyyət göstəricilərinə, standartlara və resepturalara əməl olunmasına nəzarət etmək.
  • Xammal, köməkçi materiallar və qablaşdırma vasitələrinin səmərəli istifadəsini təmin etmək, itki və israfın qarşısını almaq.
  • Avadanlıqların düzgün istismarına nəzarət etmək, nasazlıqlar aşkar edildikdə aidiyyəti şöbələrə məlumat vermək və tədbirlər görülməsini təmin etmək.
  • İstehsal sahəsində sanitariya-gigiyena qaydalarına, qida təhlükəsizliyi tələblərinə və əməyin mühafizəsi normalarına riayət olunmasına nəzarət etmək.
  • Hazır məhsulun miqdarını və keyfiyyətini yoxlamaq, normadan kənar halları operativ şəkildə aradan qaldırmaq.
  • Növbə ərzində istehsal göstəricilərini, istifadə olunan xammalı, istehsal olunan məhsulun həcmini və baş vermiş hadisələri müvafiq jurnallarda və hesabatlarda qeyd etmək.
  • İstehsal prosesində yaranan problemləri operativ həll etmək və rəhbərliyi vaxtında məlumatlandırmaq.
  • İşçilərin əmək intizamına riayət etməsinə nəzarət etmək, yeni işçilərin adaptasiyasında və təlimatlandırılmasında iştirak etmək.
  • Növbənin təhvil-təslim prosesini düzgün təşkil etmək, növbəti növbə rəisinə istehsalın vəziyyəti barədə tam məlumat vermək.
  • Məhsulun keyfiyyətinə təsir edə biləcək riskləri müəyyən etmək və profilaktik tədbirlər həyata keçirmək.
  • Müəssisənin daxili qaydalarına, keyfiyyət idarəetmə sisteminin, qida təhlükəsizliyi (HACCP/ISO 22000) və digər normativ sənədlərin tələblərinə əməl etmək.
  • Fövqəladə hallar zamanı müəssisənin müəyyən etdiyi prosedurlara uyğun hərəkət etmək və işçilərin təhlükəsizliyini təmin etmək.

İş Şərtləri

  • Növbəli iş qrafiki 
  • Əmək haqqı:Müsahibə əsasında təyin olunacaq
  • Yemək: Şirkət tərəfindən təmin olunur

Uyğun namizədlər CV-lərini "Növbə rəisi"  başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

N1 Çörək Zavodu
N1 Çörək Zavodu
Emal sənayesi

Oxşar vakansiyalar

Hamısına bax