Ofis Menecer
Vəzifə haqqında
Vəzifə öhdəlikləri:
Ofisin gündəlik fəaliyyətini təmin etmək;
Telefon zənglərinin, məktubların və e-maillərin qəbulunu və yönləndirilməsini həyata keçirmək;
Qonaqların qarşılanması və qəbul qaydalarının təşkili;
Ofis ləvazimatları, təsərrüfat və texniki vasitələrin təminatı və uçotunun aparılması;
Sənədlərin qeydiyyatı, arxivləşdirilməsi və sistemləşdirilməsinə nəzarət etmək;
Görüş, iclas və tədbirlərin təşkili üçün inzibati dəstək göstərmək;
Rəhbərliyin tapşırıqlarının vaxtında və dəqiq icrasını təmin etmək;
Ofis daxilində intizam və nizam qaydalarına nəzarət etmək;
İnzibati hesabatların hazırlanması və təqdim edilməsi.
Namizədə tələblər:
Ali təhsil;
Ofis idarəçiliyi və ya inzibati işlər sahəsində ən azı 1 il iş təcrübəsi;
Azərbaycan və rus dillərində sərbəst danışıq;
MS Office proqramlarından sərbəst istifadə bacarığı;
Təşkilatçılıq bacarığına malik olmalı;
Ünsiyyətcil, operativ və məsuliyyətli olmalıdır;
Peşəkar görünüş, səlis danışıq və ünsiyyət bacarığı olmalı;
İş şəraiti:
İş qrafiki: Həftə içi 5 gün (09:00 – 18:00);
Rəsmiləşdirmə: AR Əmək Məcəlləsinə uyğun;
Əmək haqqı: 800 AZN;
Nahar şirkət tərəfindən təmin olur;
İş yeri: Babək Plaza (Xətai metro yaxınlığı)
Maraqlanan şəxslər 050-291-77-35 əlaqə nömrəsinə yazmaqla əlaqə saxlaya bilər və ya CV-lərini “Ofis meneceri” başlığı altında [email protected] elektron ünvanına göndərə bilərlər.