Vegas Travel Ofis meneceri
Vəzifə haqqında
Vəzifə və öhdəlikləri
Şirkətə daxil olan sənədlərin qəbulu, qeydiyyatı və aidiyyatı üzrə təhvil verilməsi
Şirkət tərəfindən göndərilən sənədlərin qeydiyyatı, zərflərə yerləşdirilməsi və lazımi tərəflərə çatdırılmasını təmin etmək
Təşkilatın tələblərinə uyğun olaraq sənədlərin saxlanmasını təşkil etmək
Şirkətdaxili kommunikasiyanı təmin etmək
Dövlət qurumları ilə icazələrin alınması üçün rəsmi yazışma, danışıqların aparılması (reklam, təmir, təhlükəsizlik və s. istiqamətdə)
Xadimələrin işini kordinasiya etmək
Gələn zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək
Ofisə gələn qonaqları qarşılamaq, gələnlərin qeydiyyatını aparmaq;
Qonaqlara su, çayın təklif edilməsi
Hesabat-uçot işlərini müasir avtomatlaşdırılma vasitələrindən istifadə edərək qurulmasında iştirak etmək
Mühasibat sənədərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək
Müqavilələrin hazırlanması, imzaya verilməsi
Tələblər:
Ali təhsil
Azərbaycan və rus dillərində mükəmməl danışıq bacarıqları (ingilis dili arzuolunandır)
Ofis meneceri kimi minimum 1 il iş təcrübəsi
MS Office proqramlarını yaxşı bilməli
1C mühasibatlıq-maliyyə modulu ilə və ya digər CRM/ERP sistemləri ilə iş təcrübəsi arzu olunandır
Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı
Əmək şəraiti:
Şəhərin mərkəzində yerləşən ofis
5 günlük iş qrafiki
Minimal əmək haqqı 700 AZN + bonuslar
Yalnız yerli namizədlər üçün
Maraqlı olan namizədlər [email protected] elektron poçt ünvanına öz CV-lərini göndərə bilərlər (vəzifə adını mövzu hissəsində qeyd edin).
