Ofis Meneceri
İş rejimi Tam ştat Təcrübə 1–3 il Kateqoriya İnsan resursları
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vakansiyanın təsviri
- Sənəd dövriyyəsinin düzgün, sistemli və effektiv şəkildə təşkili;
- Sea Breeze ərazisində yaşayan rezidentlərlə peşəkar kommunikasiya və münasibətlərin idarə olunması;
- Daxil olan müraciətlərin qəbul edilməsi, qeydiyyata alınması və aidiyyəti üzrə yönləndirilməsi;
- Gündəlik əməliyyat proseslərinə dəstək göstərilməsi;
- Müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Ofisdaxili inzibati işlərin koordinasiyası.
Xüsusi tələblər
- Ali və ya orta ixtisas təhsili;
- Minimum 1 il müvafiq sahədə iş təcrübəsi;
- Yüksək səviyyədə kommunikasiya və təşkilatçılıq bacarıqları;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Rus dilində sərbəst danışıq və yazı bacarığı (ingilis dili biliyi üstünlükdür);
- Məsuliyyətli, diqqətli və nəticəyönümlü yanaşma;
- Komandada işləmək və operativ qərar vermək bacarığı.
- İş yeri: Sea Breeze Resort
- İş qrafiki: 6/1
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Ofis Meneceri” qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.
Müraciət etmək üçün: [email protected]Sea Breeze Resort & Residences
Mehmanxana və ictimai iaşə xidmətləri
Sea Breeze Resort, Xəzər dənizinin sahilində valehedici bir kurortudur. Mülayim iqlim, dəniz və qumlu çimərliklər müasir premium infrastrukturla tamamlanır: otellər, barlar və restoranlar, yaxta və…