Rider Point Ofis meneceri–operator
Təcrübə 1 ildən az Kateqoriya İnsan resursları
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vakansiya: Ofis meneceri–operator
Şirkət: Rider Point
İş yeri: Bakı şəhəri, Memar Əcəmi metro stansiyasının yaxınlığı
İş qrafiki: Həftədə 6 gün, saat 10:00-dan 19:00-dək
İstirahət günü: Bazar günü
Məşğulluq növü: Tam iş günü
Əməkhaqqı: Müsahibə əsasında
Şirkət haqqında
Rider Point kuryerlərə VÖEN və bank hesabının açılması, Wolt qeydiyyatı, aylıq mühasibat xidmətləri və elektrik velosipedlərinin icarəsi sahəsində dəstək göstərən xidmət mərkəzidir. Məqsədimiz kuryerlərə lazım olan bütün xidmətləri bir məkanda təqdim etməkdir.
Müraciət qaydası
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Ofis meneceri–operator” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Öhdəliklər
- Potensial kuryerlərlə telefon vasitəsilə əlaqə saxlamaq;
- Rider Point xidmətləri haqqında ətraflı məlumat vermək;
- Kuryerləri ofisə dəvət etmək və qarşılamaq;
- Kuryerlərin qeydiyyat prosesini həyata keçirmək;
- Elektrik velosipedlərinin icarəsi üzrə qeydiyyat aparmaq;
- İcarə ilə bağlı müştərilərə məlumat vermək və dəstək göstərmək;
- Daxil olan müraciətləri qeydiyyata almaq;
- Müraciətlərin nəticələrini izləmək və hesabatını aparmaq;
- Ofisin gündəlik işlərinin təşkilində iştirak etmək.
Tələblər
- Vakansiya üzrə xanım namizədlər tələb olunur;
- Ali və ya orta təhsilli namizədlər müraciət edə bilərlər;
- Azərbaycan dilində səlis və düzgün danışıq bacarığı;
- Yüksək ünsiyyət və inandırma qabiliyyəti;
- Müştərilərlə nəzakətli və səbirli davranmaq;
- Məsuliyyətli, diqqətli, aktiv və nəticəyönümlü olmaq;
- Kompüter və ofis proqramlarında işləmək bacarığı;
- Komandada işləmək bacarığı;
- Müştəri xidməti, satış, çağrı mərkəzi və ya operator sahəsində iş təcrübəsi üstünlükdür.
RP 

Rider Point