Safa Cake Operator
19 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Maliyyə
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
İş şəraiti
- Ünvan: 20 Yanvar küçəsi
- Əməkhaqqı: 500-600 AZN
- İş qrafiki: 6 günlük, saat: 10:00 - 17:00
Əsas Vəzifə Öhdəlikləri
- Gələn tədarükçü firmaların (un, şəkər, yağ, qablaşdırma və s.) kağız və elektron qaimələrinin maliyyə proqramına dəqiq, qiymət və miqdar olaraq işlənməsi;
- Tədarükçü firmalarla qarşılıqlı hesablaşma aktlarının yoxlanılması, firmalara olan borcların izlənilməsi və ödəniş qrafiklərinin hazırlanması;
- Bank ödənişləri və aysonu sayımların həyata keçirilməsi;
- Şirniyyat sexindən mağazalara, kafelərə və ya dilerlərə çıxan hazır məhsulların qaimələrinin kəsilməsi, gələn ödənişlərin (nağd/posterminal) proqramda müvafiq müştərilərin balansına oturdulması;
- İstehsalatda istifadə olunan xammalın silinməsinə nəzarət edilməsi, sexin daxili xərclərinin (kommunal, təsərrüfat, logistika və s.) maddələr üzrə qeydiyyatı;
Tələblər
- Təhsil: Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat sahəsində ali və ya orta-ixtisas təhsili;
- Təcrübə: Maliyyə operatoru, anbar-mühasibatlığı və ya kiçik mühasib mütəxəssisi olaraq minimum 1-2 il iş təcrübəsi (qida/istehsalat sahəsi olması böyük üstünlükdür);
- Clopos proqramında sərbəst işləmək bacarığı və MS Excel (riyazi və məntiqi funksiyalarla işləmə) biliyi;
- Rəqəmlərlə sürətli və səhvsiz işləmək, analitik düşünmə qabiliyyəti;
- Şəxsi keyfiyyətlər: Dürüstlük, məsuliyyətlilik, detallara qarşı həddindən artıq diqqətlilik.
Namizədlərdən öz CV-lərini mövzu hissəsində "Operator" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
SC 

Safa Cake