CO
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- Kateqoriya
- Müştəri xidməti
Vəzifə haqqında
Vəzifə öhdəlikləri
- Avtokar və ekskavatorun təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək.
- Texnikanın gündəlik texniki baxışını keçirmək, nasazlıqları aşkar etmək və rəhbərliyə məlumat vermək.
- Qazma şlamının və digər materialların yüklənməsi, daşınması və boşaldılması işlərini yerinə yetirmək.
- Xəndəklərin qazılması, yamacların düzəldilməsi və yol səthlərinin bərpası işlərini həyata keçirmək.
- Yanacaq, yağ və digər texniki mayelərin səviyyəsinə nəzarət etmək.
- Texnikanın təmizliyini, saz vəziyyətdə saxlanılmasını və təyin olunmuş yerdə park edilməsini təmin etmək.
- Yol hərəkəti qaydalarına və təhlükəsizlik tələblərinə riayət etmək.
- Yüksək gərginlikli elektrik xətləri və digər təhlükəli zonalarda təhlükəsiz iş qaydalarına əməl etmək.
- Şirkətin SƏTƏM siyasətinə, daxili qayda və prosedurlarına riayət etmək.
- Təhlükəsiz olmayan şərait və ya əməliyyat aşkar edildikdə işi dayandırmaq və rəhbərliyi məlumatlandırmaq.
- Müvafiq fərdi mühafizə vasitələrindən (FMV) istifadə etmək.
- İş İcazəsi Sistemi (PTW), Risk Qiymətləndirilməsi və digər təhlükəsizlik prosedurlarının tələblərinə əməl etmək.
- Rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi.
- Avtokar və ekskavator operatoru üzrə peşə sertifikatı və müvafiq sürücülük vəsiqəsi.
- Məsuliyyətli, diqqətli və operativ olmaq.
- Komandada işləmək bacarığı.
İş şərtləri
- Əmək haqqı namizədin təcrübə və peşə bacarıqlarına uyğun olaraq razılaşma əsasında müəyyən edilir.
- Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi.
- Növbəli iş rejimi və həftəlik 40 saatlıq iş qrafiki.
- İş yeri: Qaradağ rayonu, Şonqar qəsəbəsi yaxınlığında yerləşən istehsalat sahəsi.
- Nahar və servis xidməti şirkət tərəfindən təmin edilir.
- Qaradağ rayonu ərazisində yaşayan namizədlərə üstünlük verilir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər. Mövzu hissəsində: “Operator / Avtokar-Ekskavator Sürücüsü” qeyd olunmalıdır.