MOV Medicom Ortez və Protez MərkəziMedicom Ortez və Protez Mərkəzi

Ortoped Texnik Köməkçisi

6 saat əvvəl yerləşdirilib Mənbə
Mühəndislik
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
26 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vəzifə öhdəlikləri:

  • Ortoped texnikə gündəlik iş prosesində kömək etmək;

  • Ortez və protezlərin hazırlanması prosesində iştirak etmək;

  • Materialların hazırlanması və iş sahəsinin səliqəli saxlanılmasını təmin etmək;

  • Pasiyentlərin qəbul və ölçü prosesində texnikə dəstək göstərmək;

  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək.

Namizədə tələblər:

  • Məsuliyyətli, diqqətli və intizamlı olmaq;

  • Komandada işləmək bacarığı;

  • Öyrənməyə və inkişaf etməyə həvəsli olmaq;

  • Fiziki işləməyə uyğun olmaq;

  • Tibbi sahədə və ya texniki iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək (təcrübə mütləq deyil).

Biz təklif edirik:

  • Peşəkar və mehriban kollektiv;

  • Praktiki təlim və inkişaf imkanı;

  • Müasir texnologiyalarla işləmək imkanı;

  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;

  • Əməkhaqqı müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək.

Xarici ölkədə təlim və işləmək imkanı.

İş yeri: Medicom Orthopedy

Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə və ya 055 100 69 75 nömrəsi ilə bizimlə əlaqə saxlaya bilərlər.

MOV Medicom Ortez və Protez Mərkəzi
Medicom Ortez və Protez Mərkəzi

Oxşar vakansiyalar

Hamısına bax
Zəng et