AB ATB BankATB Bank

Özəl müştərilərlə iş şöbəsində mütəxəssis/aparıcı mütəxəssis

Bakı 2 ay əvvəl yerləşdirilib Mənbə
Müştəri xidməti
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
4 iyun 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Təsvir

  • Özəl bankçılıq müştərilərindən ibarət portfeli idarə etmək və inkişaf etdirmək.
  •  Müştərinin maliyyə ehtiyaclarını müəyyən edərək ona uyğun depozit, kart, kredit, investisiya və digər bank həlləri təklif etmək.
  • Yeni müştərilərin cəlb olunmasını təmin etmək, bu məqsədlə daxili və xarici əlaqələrdən, tövsiyələrdən və biznes imkanlarından istifadə etmək.
  • Müştərilərlə yüksək səviyyəli, fərdiləşdirilmiş və etibara əsaslanan münasibətlər qurmaq.
  • Müştəri portfeli üzrə qalıqları, gəlirliliyi, məhsul nüfuzetməsini və ümumi əməkdaşlıq dərinliyini artırmaq.
  • Müştəri üçün əsas əlaqələndirici şəxs kimi çıxış etmək və zəruri hallarda bankdaxili digər struktur bölmələrlə koordinasiyanı təmin etmək.
  • Müştərilər üçün fərdiləşdirilmiş kommersiya təklifləri hazırlamaq və təqdim etmək.
  • Müştəri davranışlarını və əməliyyat aktivliyini izləmək, əlavə satış və çarpaz satış imkanlarını müəyyən etmək.
  • Müştəri məmnuniyyəti və loyallığını artırmaq məqsədilə müntəzəm əlaqə saxlamaq və proaktiv xidmət göstərmək.
  • Daxili prosedurlara, ÖMT tələblərinə və normativ qaydalara riayət olunmasını təmin etmək.

Tələblər

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi və ya digər uyğun ixtisaslar);
  • Sahə üzrə (xüsusilə bankçılıq, özəl bankçılıq və ya satış sahəsində) müvafiq iş təcrübəsi;
  • Maliyyə bazarları və investisiya alətləri (istiqrazlar, investisiya fondları, sığorta məhsulları və s.) üzrə bilik;
  • Portfel idarəetməsi və ya sərvət idarəetməsi üzrə anlayış;
  • Komandada işləmək bacarığı;
  • Güclü ünsiyyət və təqdimat bacarıqları;
  • Aktiv satış və müştəri ilə danışıqlar aparmaq bacarığı;
  • Rus dili biliyi – mütləqdir, ingilis dili biliyi – arzuolunandır;
  • Analitik düşünmə qabiliyyəti və operativ qərarvermə bacarığı;
  • Kreativlik, təşəbbüskarlıq və nəticəyönümlülük;
  • Məxfilik və etik davranış prinsiplərinə yüksək səviyyədə riayət etmək.

Daha çox Xidmət vakansiyaları üçün www.isbu.az saytına keçid edin.

AB ATB Bank
ATB Bank

Öz gücünüzə inanırsınızsa, inkişafa iddialı və əməksevərsinizsə, Sizi komandamızda görməkdən məmnun olarıq! “Azər-Türk Bank” ASC 25 may 1995-ci ildə təsis edilmiş, Azərbaycan Respublikası Mərkəzi…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et